Cəmiyyət

Bu məktəblərin qəbul planı azaldılıb

4 May 2015 14:28
0 Şərh     Baxış: 2 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda 9 ilik təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbulu üçün ayrılan plan yerlərinin sayı azalıb.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Komissiya sədri qeyd edib ki, 2014-cü ildə 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ayrılan plan yerlərinin sayı 9601 olub. Bu il həmin rəqəm 8928 olub və beləliklə də plan yerlərinin sayı 700 yer azalıb.

M.Abbaszadə qeyd edib ki, ötən il Azərbaycan bölməsi üzrə ayrılan plan yerlərinin sayı 8871 yer idisə, bu il həmin yerlərin sayı 8219 yer olub. Rus bölməsi üzrə keçən il 215 plan yeri ayrıldığı halda, bu il onların sayı 190 olub. Birgə müsabiqə üzrə ayrılan yerlərin sayı keçən il 515 idisə, bu il həmin yerlərin sayı 519 olub.

M.Abbaszadə deyib ki, mayın 1-dən 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb. Bu gün saat 10-a kimi 1343 nəfər ərizələrini təsdiq etdirib. Onlardan 1309 nəfəri ərizəsini özü, cüzi hissəsi isə ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiqləyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.