Aytac Babayevanın amansızcasına qətlinin səbəbi əslində nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə qarşılıqsız sevgi zəminində baş verən cinayət hadisəsi geniş müzakirə edilir. 1995-ci il təvəllüdlü İzzət Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Babayevanı 8 bıçaq zərbəsi ilə amansızcasına qətlə yetirib.Dəyanət Rzayev: "İnsanlar düşünür ki, əsas səhhətləri sağlam olsun, psixikaya fikir verən yoxdur..."; Müzəffər Baxışov: "20 yaşı tamam olan qatilə ömürlük həbs cəzası kəsilə bilər..."
Bu hadisədə hər iki tərəfi qınayanlar oldu. Sosial şəbəkələrdə xəbərin altındakı şərhlərdə "sevmirdi, həmin oğlanla niyə şəkil çəkdirirdi, niyə görüşürdü" və sairə tipli şərh yazanlar da kifayət qədər idi. Maraqlıdır, bu cinayətin baş vermə səbəbi əslində nədir? Mentalitetmi, yoxsa insanların cahil düşüncəsimi?
Psixoloq Dəyanət Rzayev bu tip cinayət hallarının baş verməsində övlad və valideyn arasında münasibətlərin böyük rol oynadığını bildirdi: "Bundan əvvəl baş verən bir cinayət hadisəsini, yəqin ki, xatırlayırsınız. Orada da oğul öz anasını Rusiyadan gələrək qətlə yetirmişdi. Oğlanın atası çoxdan rəhmətə gedibmiş, anası da bir kişi ilə telefonla danışırmış. Buna görə adam öldürərlər? Həmin hadisənin altına yazılan 200-dən çox şərhin, demək olar ki, hamısını oxudum. Bu şərhlərdən 10-20 nəfəri oğlanı qınadı. Qalanları isə bu qadını əxlaqsız bir qadın elan etdilər və oğlana anasını öldürməkdə haqq qazandırdılar. Mən bu şərhlərdən gördüm ki, bizdə bir çoxunun başı xarab olub. Nə qeyrət-namus məsələsini salıblar ortaya? Bu, dul qadındır, kiminləsə görüşə, ailə qura bilməz? Millətimizin bu qədər cahil olması məni dəhşətə gətirir.
Məndə insanlara qarşı artıq qorxu yaranıb. Hətta yolda gedərkən belə kimsə sizi vura, öldürə bilər. Yəni o qədər bizim millət aqressivləşib. Sonuncu cinayətə gəlincə, oğlanın videosuna qulaq asdım. Deyir, nevrozam. O, nevroz deyil, sadəcə olaraq psixopat və sosiopatdır. Psixopatlar anlamlı hesab olunurlar. Nəticə etibarı ilə bu gün Azərbaycan cəmiyyətində kütləvi şəkildə psixopatlaşma gedir. Psixopat o insandır ki, nə özü yaşayır, nə də başqasını qoyur yaşamağa. Mən bu cinayətdə qızın valideynlərini qınamaq istəmirəm. Amma burada övlad və valideyn arasında münasibətlər də böyük rol oynayır. Sizcə, bir Azərbaycan ailəsində qız gəlib anasına və ya atasına mən bir oğlan sevirdim, indi sevmirəm və o, məni təqib edir, qorxuram deyə bilərmi? Təbii ki, yox. Elə valideynləri o qızın başına oyun açarlar. Ona görə də qız məcburdur gizlətməyə. Amma qız gizlətməsəydi və valideynləri ilə arasında səmimilik olsaydı, bu hadisə də baş verməzdi. Biz özümüz məcbur edirik ki, övladlarımız yalan danışsınlar, səmimi olmasınlar. Mən əminəm ki, o oğlanın ailəsində də, ətrafında da problem olub. Sovet vaxtı bu cür uşaqlarla məşğul olmaq üçün polis idarələrində xüsusi otaqlar olardı. Onlarla maarifləndirici tədbirlər görürdülər. Amma indi bu yoxdur. Hazırda insanların psixi sağlamlığı yaxşı deyil. İnsanlar düşünürlər ki, əsas səhhətləri sağlam olsun. Psixikaya fikir verən yoxdur".
Psixoloq gələcəkdə bu kimi hadisələrin kütləvi hal ala biləcəyini dedi: "Hadisəyə kütləvi şəkildə baxanda isti ölkələrdə, xüsusən də Şərq ölkələrində orada aqressiyanın daha çox olduğunu görərik. İnsan başının bir hissəsi var ki, o qızır və həmin insan aqressivləşir. Bu insanlar daha qarayanız olurlar. Məsələn, ABŞ-da cinayət törədənlər, oğurluq edənlər daha çox qaradərililərdir. Afrika qitəsi qızılla, brilyantla, heyvanlarla, neftlə zəngin olan qitədir. Amma acından ölürlər. Çünki qaradərili, qarayanız insanlar işləməyi xoşlamırlar. Onlar istəyirlər ki, işləmədən pul qazansınlar. Azərbaycanda balaca uşaqlar arasında sorğu keçirsək, görərik ki, onların hamısı ya polis, ya nazir, ya da prezident olmaq istəyir. Heç kim fəhlə və ya fiziki əziyyət tələb edən iş istəmir. Mən 15 il bundan əvvəl proqnoz vermişdim ki, cinayət hadisələri artacaq. Belə də oldu. Bundan sonra da cinayət hadisələri kütləvi hal ala bilər".
Maraqlıdır, cinayət törədənin azyaşlı olması nəzərə alınaraq ömürlük cəza almaya və ya cəzası yüngülləşdirilə bilərmi?
Hüquqşünas Müzəffər Baxış bildirdi ki, əgər oğlanın 20 yaşı tamam olubsa, ona ömürlük həbs cəzası verilə bilər: "Oğlanın 20 yaşı tamam olubsa, ona ömürlük həbs cəzası təyin edilməsi ilə bağlı heç bir problem yoxdur. Əgər o, 18 yaşına qədər o cinayəti törətsəydi, bu zaman ona yetkinlik yaşına çatmadığına görə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməzdi. Ona təyin edilən cəza 10 ildən artıq ola bilməzdi. Amma 20 yaşı tamam olubsa, xüsusi amansızlıqla cinayət törədibsə, onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə uyğun olaraq təsnif olunacaq. Həmin maddəyə görə, 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İşin halları nəzərə alınaraq məhkəmə ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edə bilər. Hər bir halda bu səlahiyyət məhkəmənin əlindədir. Onun könüllü təslim olması onun əməlində yüngülləşdirici hal ola bilər. Amma əməlində ağırlaşdırıcı hal da var. Cinayət Məcəlləsinin 61.1.2-ci madəsinə görə, cinayətin ağır nəticələrə səbəb olması ağırlaşdırıcı haldır. Yəni bu cinayət ağır nəticələrə səbəb olub və gənc bir qız həyatdan məhrum olub. Hər bir halda istintaq nəticəsində araşdırma aparıldıqdan sonra onun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məzmununa hüquqi qiymət verildikdən sonra məhkəmə ona ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiq edilib-edilməməsi məsələsini həll edəcək".
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
-
Şuşadakı bu 3 bina sökülə bilər
-
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib - VİDEO - FOTO
-
Ölkədə maaşlarla bağlı MÜHÜM XƏBƏR
-
"E-Kredit" BOKT-un lisenziyası ləğv EDİLDİ
-
Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ
-
Sulu salfetkalar niyə günün altında qalsa belə QURUMUR?
XƏBƏR LENTİ
-
Səhər qəhvə içmədən özünüzə gələ bilmirsiniz?- təhlükəli səbəb
-
Rubio: Tramp Si Cinpindən kömək istəməyib
-
Dünya Çempionatının finalında bir ilk: Sürpriz qonaqlar - FOTO
-
Bu bölgədə heç yatmayan bir düşmən var
-
"Real Madrid"də növbədənkənar seçki elan edildi
-
Uşaqlıq fotolarını paylaşdı
-
Şuşadakı bu 3 bina sökülə bilər
-
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
-
Manaf Ağayev xanımı ilə belə görüntüləndi - VİDEO
-
Zaur Əhmədov: Bakıda keçiriləcək WUF13 COP29 iqlim gündəliyinin davamı olacaq
-
Dünyanın ən qədim ağaclarının altında bənzərsiz kəşfə imza atdılar
-
Fatimə 19 minlik üzüyünü itirdi - FOTO
-
Paşinyan onu məhkəməyə verdi
-
Sabahdan bu zolaqlara girənlər cərimə olunacaq
-
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib - VİDEO - FOTO
-
Ölkədə maaşlarla bağlı MÜHÜM XƏBƏR
-
Fövqəladə hallar statistikası açıqlandı: Partlayışlar artır, yanğınlar azalır
-
"E-Kredit" BOKT-un lisenziyası ləğv EDİLDİ
-
Sevda anidən yerə sərildi - Ayağı QIRILDI - FOTOlar
-
Kiyevdə matəm elan edildi
-
Saxta “cərimə ödənişi” saytları ilə bağlı XƏBƏRDARLIQ
-
Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri ilə görüşdü
-
Sulu salfetkalar niyə günün altında qalsa belə QURUMUR?
-
WUF13 Festivalı başa çatdı





