Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nepala uçan təyyarəmiz qayıtdı - FOTO
1 May 2015 09:13
0 Şərh
Baxış: 3 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı Nepalda təbii fəlakət zonasından təxliyə edilib
Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən "BE-200ÇS" tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım ünvana çatdırılıb. APA TV-nin məlumatına görə, prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilib. Təxliyə olunan Azərbaycan və Gürcüstan vətəndaşlarını gətirən təyyarə mayın 1-i, Bakı vaxtı ilə 07:15-də Heydər Əliyev adına Hava Limanına eniş edib.
Nepalda baş verən dəhşətli zəlzələnin yaratdığı çətinliklərdən danışan ailələr yardıma görə, Azərbaycan prezidenti İlham Əliyevə və Fövqəladə Hallar Nazirliyinə öz təşəkkürlərini bildiriblər. Zəlzələ baş verən gündən çöldə gecələdiklərini deyən azərbaycanlı ailələr dağıntılar altında hələ də cəsədlərin çıxarıldığını bildirdilər. Onlar həmçinin qeyd etdilər ki, digər dövlətlər kimi Azərbaycanın da göndərdiyi humanitar yardım çatıb və zəlzələdən zərərçəkmiş nepallılara paylanılıb.
Son məlumata görə, Nepalda aprelin 25-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 mini ötüb. Ölənlərin sayının 10 mini keçəcəyi istisna olunmur.
Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Nepal hakimiyyəti xarici ölkələrə humanitar yardımla bağlı müraciət edib. Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)