Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır
27 Aprel 2015 17:27
0 Şərh
Baxış: 4 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gecədən etibarən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı"nın işarələnməsi işlərinə start verilir.
ASC-dən Trend-ə verilən məlumata görə, "Oyunlar zolağı"nın çəkilişinə ilk olaraq Ziya Bünyadov prospektindən başlanılır. Bu məqsədlə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək prospekt nəqliyyat vasitələrinin hərəkəti üçün Böyük Şor yol qovşağından 20 Yanvar dairəsinədək müvəqqəti olaraq məhdudlaşdırılacaq. İşlərin səhər saatlarına qədər davam etdirilməsi nəzərdə tutulub. Sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edilir və alternativ olaraq Heydər Əliyev prospektinin əsas yolundan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, eni 3,75 metr olan "Oyunlar zolağı"nın kənarlarında 25 santimetr enində sarı xətt, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək. I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı"nın çəkilişi işlərinin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən "Oyunlar zolağı"na nəzarət ediləcək və kənar maşınların bu zolaqla hərəkəti tamamilə məhdudlaşdırılacaq.
İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini "Atletlər" və "Media kəndi"ndən məşqlərə və idman obyektlərinə aparmaq üçün Heydər Əliyev prospekti - Ziya Bünyadov prospekti - 20 Yanvar dairəsi - 20 Yanvar tuneli - Bakı-Sumqayıt yolundan geriyə (Beynəlxalq Avtovağzal ərazisindən) - Bakı Dairəvi yolu - Bakı-Ələt yolunun 2-14 km hissəsini birləşdirən marşrut, bundan başqa, Ziya Bünyadov prospekti - Atatürk prospekti - Tofiq Bəhrəmov adına Respublika stadionu, həmçinin Ziya Bünyadov prospekti - Atatürk prospekti - Vaqif - Hənifə Ələsgərov - Cəlil Məmmədquluzadə küçələri - Heydər Əliyev adına İdman Konsert kompleksini birləşdirən marşrutlardan istifadə ediləcək.
Ümumiyyətlə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır.
Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
-
Qışda avtomobilinizi bu 10 təhlükədən qoruyun
XƏBƏR LENTİ
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, xəsarət alanlar var
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar