Azərbaycanda yeni taksi xidməti yaradılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində yeni taksi xidməti yaradılır.İlkin olaraq MMC-nin balansına 500 ədəd "London taksisi" veriləcək
Bunu APA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov bildirib.
"Nəqliyyat Nazirliyinin rəhbərliyinin təklifi ilə "Bakı Taksi Xidməti" MMC yaradılacaq. Həmin MMC Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində fəaliyyət göstərəcək. Xidmət birbaşa dövlətin nəzarətində olacaq", - deyə N. Həsənov qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, artıq MMC-nin dövlət qeydiyyatına alınması üçün müvafiq işlər aparılır: "Yaxın zamanda xidmət dövlət qeydiyyatına alınacaq. Xidmət İlk Avropa Oyunlarına qədər fəaliyyətə başlayacaq. Hazırda xidmətin binasının tikintisi üzərində də iş aparılır".
Bununla yanaşı, o deyib ki, yeni yaradılacaq MMC-nin balansına ilkin mərhələdə yeni gətirilmiş 500 ədəd "London taksisi" veriləcək.
"Yaradılacaq xidmətin qarşısında qoyulan vəzifələrdən biri sözün əsl mənasında müştərilərə yüksək səviyyədə xidmətlərin göstərilməsidir", - deyə N. Həsənov əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşar makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi





