Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hafka" Bakıdakı "Ferrari" mağazasının önündə... - FOTO
10 Aprel 2015 23:48
3 Şərh
Baxış: 16 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biznes çevrələrində "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov iflası ötən bir ildə medianın ən çox müzakirə etdiyi mövzulardan biri idi. Amma deyəsən "Hafka" yenidən "ayağa qalxır".
"Hafka" bu zamana kimi dəfələrlə müxtəlif səbəblərə görə, gündəmə gəlib. Əvvəl H.Məmmədovun prezidenti olduğu "Bakı" klubunda maliyyə problemləri yaşandı, sonra o, əsas səhmdarı olduğu "Bank of Azerbaijan"ın İdarə Heyətinə rəhbərlikdən uzaqlaşdırıldı.
Nəqliyyat naziri Ziya Məmmədovla şərikli olduğu "Baglan Group"un nəzarətində olan şirkətlərin təhvil-təslimi istənildi. Onun "Eurovision" ərəfəsi Bakıya gətirdiyi 500-dən çox "London taksi"sinin qəflətən gömrük rüsumunu ödəmədiyi yada düşdü, taksilər yolda saxlanıb cərimə meydançasına aparıldı.
Xəbər verildiyi kimi, Hafiz Məmmədov yenidən "Bank of Azerbaijan"ın Müşahidə Şurasının sədri seçilib. Xatırladaq ki, "Bank of Azerbaijan"ın səhmdarlarının 2014-cü ilin mayın 22-də keçirilmiş növbədənkənar yığıncağında bankın Müşahidə Şurasının sədri vəzifəsi Mehman İsmayılova həvalə edilmişdi.
H.Məmmədov uzun müddətdən sonra Bakıda görülüb. Çox maraqlıdır ki, onun görüldüyü yer, ötən ilin əvvəllərində böyük səs-küylə Bakıda açılmış olan lüks avtomobil salonu olub.
Belə ki, aprelin 10-da H.Məmmədov Bakıdakı "Ferrari" avtomobil salonunun önündə görülüb. Milli.Az xəbər verir ki, musavat.com-un əməkdaşı təsadüfən həmin yerdə olub və "Hafka"nı ora gəlişinin şahidi olub. H.Məmmədov "Mercedes" markalı, şüşələri tamamı ilə pərdə ilə örtülmüş, 10-AA-** dövlət nömrə nişanlı avtomobillə brend avtomobil salonuna gəlib.
"Ferrari" salonunun qarşında dayanan H.Məmmədov, əməkdaşlarımızın onu görüntülədiyini görüb və orada çox dayanmayıb. Salonun önündə bir nəfərlə görüşən H.Məmmədov, daha sonra avtomobilinə əyləşərək, oradan cəld şəkildə uzaqlaşıb. "Hafka"nın qadağan olunmasına baxmayaraq, şüşələri pərdə ilə qapadılmış avtomobildə necə gəzməsi çox maraqlıdır.
Maraqlı olan sadəcə bu deyil. Bəzi iddialara görə, H.Məmmədov "Ferrari" markalı avtomobil almaq qərarına gəlib. Bildiyiniz kimi "Lamborghini", "Ferrari" kimi avtomobil şirkətlərinin özlərinə məxsus satış siyasəti var. Satış menecerləri gəlib, sifariş verən şəxsin maddi durumu ilə maraqlanır. Bankdakı pulunun miqdarı ilə bağlı arayış tələb edirlər. Yəni, pulu olan hər adam gedib bu markadan olan maşınları rahatca ala bilməz. "Hafka"nın isə buna gücü çatır. Buradakı avtomobillərin qiyməti isə 300-500 min manat arasındadır.
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
-
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
-
Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?
-
Ağcaqanadlar bu insanları daha çox sancır - Səbəbi məlum oldu
-
Təhsil sənədləri artıq myGov-da
-
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik