Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində Azərbaycana növbəti səfərə gələn almaniyalı alimlər - Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volf Qəbələdə olublar.
Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, qonaqları Qəbələ Rayon İcra Hakimiyyətinin müavini Abil Ağasəfov qarşılayıb. Görüşdə Fondun əməkdaşları, Qəbələ rayonu üzrə nümayəndəsi Təranə Səlimova və Alban-Udin icmasının təmsilçiləri iştirak ediblər.
A.Ağasəfov almaniyalı elm adamlarını Qəbələdə görməkdən məmnun olduğunu deyib və bildirib ki, ölkələrimiz arasındakı iqtisadi, diplomatik münasibətlərin inkişafı elm, mədəniyyət sahəsindəki əlaqələrə də müsbət təsir edib.
Azərbaycanda dəfələrlə səfərdə olduğunu xatırladan xanım Z.Hartman qeyd edib ki, Alman və Azərbaycan dastanlarını araşdırarkən hər iki xalqın köklərində mədəni yaxınlığın olduğu qənaətinə gəlib, həmçinin ölkəmizə etdiyi səfərlər də bunu təsdiqləyir. Qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Səfər çərçivəsində professorların Qəbələ şəhər 2 saylı tam orta məktəbində mühazirələri təşkil olunub. Onlar alman və Azərbaycan folklorundakı bənzərlik barədə şagirdlərə və yerli ziyalılara məlumat veriblər, dinləyicilərin suallarını cavablandırıblar.
Qəbələnin Nic kəndində yerləşən Alban-Udin icmasinda görüşlər keçirən almaniyalı qonaqlar Udin kilsəsində də olublar.
Səfərin növbəti günündə xanım Z.Hartman və professor K.Volfun Qafqaz Universitetində mühazirələri təşkil olunub. Professor K.Volf "Alman ədəbiyyatında türk obrazı", professor Z.Hartman "Orta əsrlər alman ədəbiyyatında romantizm" mövzusunda çıxış ediblər. Sonra qonaqlar professor-müəllim heyətini və tələbələri maraqlandıran sualları cavablandırıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur?
- Amerikanın ən varlı məşhur qadınları onlardır - Siyahı
- Aparıcıya 2 saata 15 min verirlər: bəs, bir operanın qonorarı?
- Tez arıqlamaq üçün bu kokteyli hazırlayın
- Atlar niyə ayaq üstə yatır? - MARAQLI FAKT
- Tələbə qızın qaralmaq arzusu başına BƏLA OLDU: Bədəninin 80%-i... - FOTO
- "Bahar"ın çəkilişlərində qalmaqal - Demet işçiləri...
- “Röya xanımı çox sevirəm”
- Şolts Rusiyaya zərbə endirilməsini istəyir - "Politiko"
- Rus ordusu bu şəhərin 70 faizini ələ keçirdi
- Üç funksiyanı söndürsəniz, smartfon daha sürətli işləyəcək
- Yanıq qoxusunu aradan qaldırmağın sadə ÜSULLARI
- Türkiyə "Altay" tanklarının kütləvi istehsalına başladı
- Psixoloji sağlamlığı yaxşılaşdırmaq üçün 5 vərdiş
- Hamilton Şumaxerin rekordunu təzələdi
- İspaniyada baş nazirin həyat yoldaşına qarşı istintaq başlanıb
- 75 yaşı olduğuna heç kim inanmır - İllərə meydan oxuyan qadın - FOTO
- Fransız Polineziyasının hakim partiyası Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığı gücləndirmək niyyətindədir - Klif Lussan - VİDEO
- Britaniyanın Kral Poçtu ilk dəfə əcnəbiyə həvalə olunacaq
- Çiyələklə bağlı xəbərdarlıq: Yedikdən sonra…
- Günün qoroskopu: asan gün deyil
- Unikal xüsusiyyətlərə malik YENİ ŞOKOLAD NÖVÜ
- Mirzoyan iranlı həmkarı ilə regionu müzakirə etdi
- “Şadlıq evimi buna görə satdım”