"23 fevral - Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi qeyd olunurdu. 23 fevral sovetizmi yaşayan, onun hərbi kultunu daxilində hiss edən hər kəs üçün doğmadır. Bu gün SSRİ adlı dövlətdə yaşamış əksər insanlar üçün inersiya ilə xəyallarda yaşayır. Həmin insanların əksəriyyətində bu gün assosiativ olaraq xatırlanır. Bəziləri isə hətta indi də həmin tarixi bayram kimi qeyd edirlər".
Bununla bağlı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Trend-ə açıqlamasında deyib ki, bu məsələyə münasibət heç də ideoloji deyil:
"Çünki Sovet ordusunun böyük, tarixi, şanlı qələbələri də, eyni zamanda, onun Azərbaycan xalqı əleyhinə fəaliyyəti də var. Hər halda mən II Dünya müharibəsində SSRİ-nin qalib olduğunu bu gün mübahisə mövzusuna çevirən Qərb dünyası ilə eyni mövqeni paylaşmıram. Çünki bu halda biz ata-babalarımızın ruhu əleyhinə çıxmış oluruq. Bütün hallarda faşizm üzərində qələbəni bu gün yaradılmasının növbəti ildönümü olan Sovet ordusu əldə edib. Bu faktın əleyhinə çıxmaq və bununla qələbə platformasının guya Rusiyanın əlindən alındığını düşünmək absurddur və bütün keçmiş Sovet xalqlarını həmin Qərb dairələrinə qarşı qoyur".
Z.Oruc qeyd edib ki, bu tarixin nə bayram kimi qeyd edilməsinin təbliğ olunmasının, nə də buna qarşı çıxılmasının tərəfdarı deyil: "Şəxsən biz evimizdə Sovet ordusunun yaranmasını əlahiddə olaraq qeyd etmirik. Azərbaycan artıq müstəqil ölkədir. Özümüzün 26 iyun - Silahlı Qüvvələr Günümüz var. Hər birimiz həmin günü iftixarla qeyd edir, Azərbaycan Ordusunun olması ilə sevinir və onunla fəxr edirik. Lakin 23 fevral gününün qeyd edilməsi də Azərbaycanın Silahlı Qüvvələr Gününü, bizim kişilər və ya kişilik bayramımızı əlimizdən almır. Mən 23 fevralı Sovet ordusunun yaranması günü kimi bayram olaraq təbliğ etməyin, stimullaşdırmağın əleyhinəyəm. Eyni zamanda, həmin günü bayram kimi qeyd edənləri mühakimə, linç etməyi, onların müstəqil ordumuzun əleyhinə olmasında və ya sovetizmdə qalmaqda ittiham olunmasını qəbul etmirəm".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Deputat: "23 fevral günü kişilər və ya kişilik bayramımızı əlimizdən almır"
23 Fevral 2015 18:26
1 Şərh
Baxış: 12 455

DİGƏR XƏBƏRLƏR
-
Yayda Azərbaycanda münasib büdcə ilə harada dincələ bilərik?
-
Günün qoroskopu: Qorxma, çünki hər yeni gün yeni bir nəfəsdir
-
Zaurun efirində gərgin anlar: Ər-arvad qırğına çıxdılar - VİDEO
-
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
-
Boşanma zamanı kredit borclarını kim ödəməlidir? - Vəkil AÇIQLADI
-
“Sadəcə QR oxuduram və qatara minirəm” - YENİLİK
XƏBƏR LENTİ
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
-
İnformasiya agentliklərinə dair yeni tələblər qəbul edildi
-
Hibrid müharibələrin kölgəsində sülh: xaosu kim idarə edir?
-
Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur
-
Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub
-
Xalq artistinin dəbdəbəli bağ evindən VİDEO yayıldı
-
Bakıda küçələrdə "kahinlər" peyda olub - İnsanları terapiya edirlər - VİDEO
-
Türkiyənin bu təklifi erməniləri dəli elədi
-
Su Təchizatı Xidmətinin nümayəndələri ilə Səbail sakinlərinin görüşü keçirilib - FOTO
-
Bu əlamətləri nəzərə almadı, 15 ay sonra bağırsaq xərçəngindən öldü
-
Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”
-
İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Türkiyədəki yanğınlarda 2 nəfər öldü - FOTOlar
-
Süni intellekt sayəsində hamilə qaldı
-
Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi
-
Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”
-
Jotadan sonra daha bir futbolçu qəza törətdi, bacısı öldü - FOTO
-
Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO
-
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ
-
Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO
-
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib - FOTO
-
Bakı Asiyanı Avropa ilə birləşdirir