Cəmiyyət

Şahbaz Xuduoğlu: "Yarım gedib, tək qalmışam" - VİDEO

13 Fevral 2015 12:22
2 Şərh     Baxış: 5 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağır qəza keçirərək həyat yoldaşı Könül xanımı itirən Şahbaz Xuduoğlunun bir neçə gün qabaq paylaşdığı video sosial şəbəkədə diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, videoda Şahbaz bəy "Küçələrə su səpmişəm" xalq mahnısını oğlu Tengizlə birlikdə ifa edir. Musiqi təhsili olan Şahbaz bəyin gözəl ifasıyla bərabər, başqa bir məqam da diqqət çəkir və hər zaman belə durumlarda olduğu kimi adamın içindən bu fikir keçir: "Elə bil, bu gün üçün oxuyublar, elə bil, ürəyinə damıbmış..."

Xatırladaq ki, Şahbaz Xuduoğlu iki gün öncə əmisinin yas mərasimindən qayıdarkən Yardımlı-Masallı yolunda yolun sürüşkən olması üzündən ağır avtomobil qəzasına düşüb. Sürücüsü Rafiq Mustafayevin idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində Şahbaz bəyin həyat yoldaşı dünyasını dəyişib, bacısı ağır xəsarət alıb.

Həmkarımıza Allahdan səbr diləyirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.