Cəmiyyət

Jurnalist QHT sədri oldu

14 Yanvar 2015 18:50
0 Şərh     Baxış: 1 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış jurnalist Ədil Ədilzadə ictimai birliyə rəhbər təyin olunub.

Bu məlumatı Milli.Az-a jurnalistin özü verib. Qeyd edib ki, "Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin növbəti toplantısı baş tutub. Təşkilatın rəhbər strukturlarına keçirilən seçkilərdə Ədil Ədilzadə birliyin sədri seçilib.

Onu da qeyd edək ki, "Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi aktivliyi ilə seçilən təşkilatlardandır. Fəaliyyəti dövründə kənd təsərrüfatı və iqtisadi sahədə yeni-yeni ideyalarla çıxış edən təşkilata bu vaxta qədər vətəndaş cəmiyyətində kifayət qədər tanınan Müşfiq Həsənov rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.