Cəmiyyət

Tarixi abidələrin tanıtım lövhələrində biabırçılıq

14 Yanvar 2015 19:57
0 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abidələrin ingilis dilinə tərcüməsində ciddi nöqsanlara yol verilib

Azərbaycanın tarixi abidələrlə zəngin yerlərindən biri də Qubadır. Rayonda qədim tikililərin qorunması və tanıdılması istiqamətində bir sıra addımlar atılsa da, çatışmazlıqlar hələ də qalmaqdadır. Belə ki, Quba şəhərindəki bəzi abidələrin tanıtım lövhələrində, sözügedən obyektin ingiliscə yazılışında qüsurlara yol verilib.

Milli.Az Regional TV-yə (Region TV) istinadən xəbər verir ki, ömrünün 30 ilini ingilis dilini tədris etməyə sərf edən İmran Abdullayev bildirir ki, tarixi yerlərin adlarının tərcüməsi peşəkar səviyyədə aparılmalıdır. Düzgün olmayan tərcümə əcnəbi turistlərə həmin abidə haqqında səhv məlumat verə bilər.
 

Tərcümədəki çatışmazlıqlarla yanaşı, digər məqam isə tarixi yer adlarının yazıldığı lövhələrin yararsız vəziyyətdə olmasıdır. Şəhərin bəzi yerlərindəki tanıtım lövhələr sındırılıb, üzərindəki yazılar pozulub.
 

Quba şəhərindəki tanıtım lövhələri 2 il öncə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoyulub. Məqsəd turistlərə rayondakı abidələr haqqında məlumat vermək və onların yerləşdiyi yerləri göstərməkdən ibarətdir. Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhtəçisi Söhrab Əmrahov tərcümələrdəki səhvlərdən xəbərdar olduqlarını bildirir. Məsələnin həll olunması üçün müvafiq orqanlar məlumatlandırılıb. Yararsız vəziyyətdə olan lövhələrin isə yaxın vaxtlarda dəyişdirilməsi gözlənilir.
 

Qeyd edək ki, Quba rayonunda ümumilikdə 162 tarixi memarlıq abidəsi var. Onların əksəriyyəti dövlət tərəfindən qorunan abidələrdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.