Cəmiyyət

AMEA-da magistraturaya qəbul reallaşır

14 Yanvar 2015 13:15
Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu il fevral ayında ilk dəfə olaraq magistratura pilləsi üzrə sənəd qəbuluna başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Akademiya prezidenti bildirib ki, bu il AMEA 7 institutun bazasında 7 ixtisas üzrə magistratura təhsili təşkil ediləcək. Bu ixtisaslar dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi kinetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası üzrə olacaq: "Bu il hələlik bu, pilot layihə kimi oldu. İstərdik ki, ixtisasların sayı çox olsun, amma bu il bir az ehtiyatla yanaşdıq".

A.Әlizadə deyib ki, növbəti il üçün ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu elan olunarkən AMEA-nın da magistraturasına sənəd qəbulu aparılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.