Yanvarın 12-də Azərbaycan Respublikası Tarif Şurasının keçirdiyi növbəti iclasında, Vergi Məcəlləsinə edilən dəyişiklik, nəticəsində ölkədə istehsal olunan benzinin, dizel yanacağının və maye qazın topdan satış qiymətinin hər litrinə 2 qəpik əlavə edilib. Gündəlik ictimai nəqliyyatdan istifadə edənləri bu artım, təbii ki, maraqlandırıb. Gediş haqları dəyişibmi? Milli.Az Kəpəz televiziyasının (Region TV) bu barədə apardığı araşdırmanı təqdim edir.
Yanacaq qiymətlərinin 2 qəpik artması ictimai nəqliyyatda heç bir qiymət artımı ilə müşahidə olunmayıb. Gəncədə səhər saatlarından xətlərə buraxılan marşrutlar, aldıqları yanacağın hər litrinə görə 2 qəpik əlavə ödəsələr də, gediş haqlarındakı qiymətlər dəyişməyib.
İsa Quliyev - Dövlət Avtomobil Xidmətinin Gəncə Regional Şöbəsinin məsləhətçisi: "Sərnişindaşıma fəaliyyəti göstərən sahibkarların hər birinə xəbərdarlıq edilmişdir ki, gediş haqlarında heç bir qiymət artımı ola bilməz. Gediş haqqı artımı yalnız Tarif Şurası tərəfindən tənzimlənir. Və qanun qüvvəyə mindikdən sonra qiymət artımı ola bilər".
Sərnişinlər də təsdiqləyir ki, istifadə etdikləri ictimai nəqliyyatda gediş haqları sabitdir.
Sərnişin: "Səhər tezdən 3-4 marşrutdan istifadə etmişəm, heç bir artım olmayıb. Əvvəlki qiymətlərlə, 20 qəpiyə getmişik".
Apardığımız müşahidələr qiymət artımının yanacaqdoldurma məntəqələrində alıcı qabiliyyətinə, demək olar ki, təsir etmədiyini göstərir.
İşçi: "Düzdür, qiymət artıb. Ancaq buna baxmayaraq satış gedir".
Tarif Şurasının qiymətlərə etdiyi son əlavələrdən sonra, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- Motosikletdə sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi - VİDEO
- Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
- İşçi pozulmuş hüquqlarının bərpası üçün hara müraciət etməlidir?
- Taksi sürücüsü pakistanlı turistin başına oyun açmaq istədi - VİDEO
- Elşad Miri: “Allahın olmadığına inanmaq...”
XƏBƏR LENTİ
- “Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
- Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
- "Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"
- Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?
- Bu gün güllələnən baş nazirin maraqlı həyatı…
- Yaponların “sarı qızıl” adlandırdıqları toxum – Faydaları saymaqla bitmir
- Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
- Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ
- Kişi 10 il həyat yoldaşından dəhşətli sirri gizlətdi
- Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
- Məşhur bəstəkarın səhhəti pisləşib: "Güclə danışıram"
- Tiflisdə etiraz aksiyası genişlənir: yürüş keçirilir...
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Baqrat mitinqə “fasilə” verdi: etiraz alınmadı…
- Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı
- Putin ilk dəfə müdafiə naziri dəyişikliyindən danışdı: Xərclər çoxalıb...
- Slovakiya Baş nazirinin son vəziyyəti açıqlanıb
- "Krasnodar" Kadidən sonra "Qarabağ"ın daha bir ulduzunu alır
- Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın
- "Mona Liza"nın sirlərindən biri AÇILDI
- Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
- Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
- Slovakiyaya yardıma hazırıq - Bayden
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO