Cəmiyyət

Ramil Usubov 4 rəisi birdən dəyişdi

14 Yanvar 2015 10:29
2 Şərh     Baxış: 7 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər naziri Ramil Usubov bir sıra rayonların polis rəislərinin yerini dəyişib

"Qafqazinfo" xəbər verir ki, nazirin əmri ilə Şəki Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov Nərimanov RPİ-yə, Nərimanov RPİ-nin rəisi Muradəli Babayev Xətai RPİ-yə, Xətai rayon Pİ-nin rəisi Əkbər İsmayılov Yasamal rayon Pİ-yə, Yasamal RPİ-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPİ-yə rəis təyin edilib.

Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev isə bir neçə gün əvvəl R. Usubovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.