Milli.Az xəbər verir ki, Bakıda çəkilmiş bu videonu avtosfer.az-a oxuculardan biri göndərib. London taksi sürücüsü Türkiyə səfirliyinin yanında - Səməd Vurğun küçəsindən Bakıxanov küçəsinə dönərkən dönmə əməliyyatı zamanı qəza şəraiti yaradır. Yəni zolaqlar üzrə düzgün hərəkət edə bilməyən sürücü başqasının yoluna çıxır, özü də kobud şəkildə. Qəzadan yayınmaq üçün digər sürücü qayda pozmağa məcbur olaraq qoşa xəttin tələbini pozub əks yola çıxır.Son vaxtlar London taksisi sürənlər də özlərini avtobus sürücüləri kimi aparırlar
Videoya diqqətlə baxdıqda belə təəssürat yaranır ki, London taksi sürücüsü bunu qəsdən edir.
Yeri gəlmişkən, son vaxtlar London taksi sürücüləri də özlərini avtobus sürücüləri kimi aparırlar. Yəni heç bir qayda-qanun tanımırlar, haradan gəldi dönürlər, hara gəldi girirlər, bir sözlə, necə istəsələr, elə də sürürlər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

