Nazir müavini: "Azərbaycan və Litva təhsil və elm sahəsində əməkdaşlığı inkişaf etdirməlidirlər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trend xəbər verir ki, bu barədə Vilnüsdə azərbaycanlı jurnalistlərə Litvanın təhsil və elm nazirinin müavini Rimantas Vaytkus bildirib.Azərbaycan və Litva təhsil və elm sahəsində uğurla əməkdaşlıq edə və gələcək əlaqələri inkişaf etdirə bilərlər
O deyib: "Tərəflər tələbə və müəllim mübadiləsini genişləndirə bilərlər. Litva tərəfi azərbaycanlı tələbələrin sayının artmasına şaddır, lakin tempin artırılmasını davam etdirmək lazımdır".
Vaytkusun sözlərinə görə, Litva tərəfi əməkdaşlığın birtərəfli olmasını istəmir və ona görə də öz gənclərinin xüsusilə neft emalı, neft hasilatı, kimya sənayesi sahələrində Azərbaycanda təhsil almalarına maraq göstərir.
Nazir müavini hesab edir ki, tərəflər ali məktəblərdə keyfiyyətli təhsil təcrübəsini bölüşə bilərlər. Onun sözlərinə görə, tərəflər arasında elmi əməkdaşlıq da mühümdür. Hər iki tərəfdə təkmilləşdirmələr var, Azərbaycan və Litva alimləri birgə layihələrin reallaşdırılması üzərində işləyə, bir-birinə kömək edə bilərlər.
Bundan əlavə, Vaytkus qeyd edib ki, ali məktəblər arasında dostluğu və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün mədəni mübadilə vacibdir.
Nazir müavini bildirib ki, hər iki ölkə artıq 25 ilə yaxındır ki, müstəqillik əldə edib və təhsil və elm sahəsində hazırkı əməkdaşlığın səviyyəsi tərəfləri qane etməməlidir. Litva Avropa İttifaqının üzvü kimi ölkənin təhsil və elm sahəsindəki rəqabət imkanlarının artırılmasına investisiya qoyur. Yeni elmi binalar, ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar tikilir, ciddi tədqiqatlar aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu





