Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mübariz Qurbanlı: "Dini maarifləndirmə işinə daha diqqətlə yanaşılmalıdır" - FOTO
16 Sentyabr 2014 18:33
Baxış: 2 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətlə yanaşılmalıdır".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu sentyabrın 16-da Qubada Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Milli adət-ənənələrimiz və müasirlik" mövzusunda iki günlük regional konfransın açılışında DQİDK-nın sədri Mübariz Qurbanlı deyib.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində çıxış edən M.Qurbanlının sözlərinə görə, ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir: "Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq".
Dövlət Komitəsinin sədri, həmçinin konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. O, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Ümummilli lider Heydər Əliyevin "Biz dünyəvi dövlətik, amma dindən də ayrı deyilik" fikrini vurğulayan M.Qurbanlı qeyd edib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir.
Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı, millət vəkililəri Vahid Əhmədov, İlham Əliyev, Yevda Abramov, Qafqaz Müsəlmanlar İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı, ölkə ictimaiyyətinin, eləcə də elmi dairələrin nümayəndələri iştirak ediblər. Konfransda çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Açılış mərasimindən sonra panellər üzrə davam edən konfransda maraqlı məruzələr dinlənilib. "Milli kimliyimizin formalaşmasında milli-mənəvi dəyərlərimizin yeri və rolu" adlı plenar iclasda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə "Müasir Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması (Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətləri kontekstində)", Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin müəllimi, fəlsəfə doktoru Aqil Şirinov "Milli kimliyimiz və İslam dini", Bakı Dövlət Universiteti Tarix fakültəsinin müəllimi, ilahiyyatçı, fəlsəfə doktoru Saleh Kazımov "Azərbaycan ruhaniliyi və milli dövlətçiliyimizin qurulması prosesi" mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda "Azərbaycanın Şimal bölgəsində ənənəvi İslam", "Ənənəvi İslam: dini radikalizmə qarşı mənəvi müdafiə sistemi", "İrfan məktəbi - ənənəvi İslamın bərpası" mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Konfransda, həmçinin Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Niyaz Yaqubov "Milli-mənəvi dəyərlərimizin təbliğ olunmasında dini icmaların yeri və rolu", Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun "Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədovun "Vətənpərvərlik milli-mənəvi dəyər kimi", Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarovun "Dini icmaların fəaliyyəti: imkanlar və perspektivlər" və Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi, Quba şəhəri "Hacı Cəfər" məscidinin imamı Elnur Əfəndiyevin "İslamda vətən və dövlət sevgisi" mövzularındakı məruzələri konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Kağız sənədlərlə bağlı yeni qərar
XƏBƏR LENTİ
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)