1957-ci ildə Kremli qəzəbləndirən azərbaycanlı nazir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, o, Azərbaycanın öz rayonlarında qaz çatışmadığı halda qazı qonşulara verməkdən imtina edir. Bütün bunlar onun məsul postu itirməsiylə nəticələnir...
Bu günlərdə isə 50-ci illərdə Moskvanı belə qəzəbləndirmiş Sadıq Rəhimovun 100 illik yubileyi qeyd ediləcək.
Sentyabrın 25-də Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubiley mərasimi keçiriləcək.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Sadıq Rəhimovun yubileyi Azərbaycan Respublikası Prezidentinin 8 iyul, 2014-cü il tarixli sərəncamına əsasən qeyd olunur. Mərasim Azərbaycan Dövlət Akademik Dram Teatrında təşkil ediləcək.
Xəbərdə vurğulanır ki, yubiley mərasimində Sadıq Rəhimovun həyat və fəaliyyətindən bəhs edən "Şərəfli ömür" kitabının və eyniadlı sənədli filmin də təqdimatı olacaq.
Sadıq Rəhimov kimdir?
Sadıq Rəhimov 1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində fəhlə ailəsində doğulub. Bakı Neft Texnikumunda oxuyub. Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsini bitirib. Moskvada Ali Partiya Məktəbində təhsil alıb. II Dünya Müharibəsində iştirak edib. Ağır yaralandıqdan sonra Bakıya qayıdıb.
Azərbaycan SSR toxuculuq sənayesi naziri vəzifəsində çalışıb. Daha sonra yüngül sənaye naziri təyin edilib.
"Qızıl üçlük"
1954-cü ildən başlanan "ilıqlaşma" dövründə Azərbaycana gələn yeni rəhbərlikdə - "qızıl üçlük"də Sadıq Rəhimov da (digərləri İmam Mustafayev və Mirzə İbrahimov) təmsil olunub.
S.Rəhimov 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinə sədrlik edib.
Bu üçlüyün ən böyük özəlliyi Azərbaycanın taleyinə güclü təəssübkeşlik idi.
1956-cı il, avqustun 20-də Azərbaycan SSR Ali Sovetinin Sessiyası Konstitusiyaya "Dövlət dili haqqında" maddə artırmaq barədə qanun qəbul edib. Beləcə, Azərbaycan dili dövlət dili statusu qazanıb.
Bütün bunlar - "Dövlət dili haqqında" qanun və onun tətbiqinə dair məsələlər, Azərbaycan KP-nin tarixinin yazılmasında baş vermiş "əyintilər", ölkədə millətçiliyin güclənməsi ilə bağlı başqa millət təmsilçilərin Moskvaya göndərdiyi müraciətlər, 1959-cu ildə rus məktəblərində Azərbaycan dilinin icbari tədrisi haqqında Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun... Moskvanın ciddi narazılığını doğurur.
1958-ci il, yanvarın 8-də Mirzə İbrahimov "səhhəti ilə bağlı" Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunur.
Yarım il sonra Nazirlər Sovetinin sədri Sadıq Rəhimov işdən çıxarılır...
1959-cu il, iyunun 12-də İmam Mustafayev Azərbaycan KP MK-nın birinci katibliyinə "əlvida " deyir...
Mirzə İbrahimovu millətçilikdə, Sadıq Rəhimovu yerliçilikdə suçlayırlar.
1957-ci ildə Azərbaycan qazının Ermənistan və Gürcüstana nəqli məsələsi müzakirəyə çıxarılanda, MK bürosunda Sadıq Rəhimov buna etirazını bildirir. O, rayonlarda qaz çatışmadığı halda, qazı qonşulara verməkdən imtina edir.
Sadıq Rəhimov hətta Mingəçevirdən qonşulara elektrik xətti çəkilməsinə, Daşkəsən filizinin Rustaviyə daşınmasına da etirazını bildirir. Bütün bunlar onun məsul postu itirməsi ilə nəticələnir.
Ancaq hər şey çox da pis bitmir. Sadiq Rəhimov Nazirlər Soveti sədrliyindən sonra da müxtəlif vəzifələrdə (Bakı Baş Tikinti İdarəsinin rəisi, yüngül sənaye naziri və s.) çalışıb.
O, 1975-ci il iyunun 11-də 61 yaşında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.
DİGƏR XƏBƏRLƏR
-
13 ölkədən mütəxəssis, mənfi 18 dərəcədə çəkilişlər: Zirvədəki "44" filminin pərdəarxası - (Foto)
-
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğl mədəkiçiltmə etdirdiyini etiraf etdi
-
Sabah Şəkidə qaz olmayacaq
-
13 ölkədən mütəxəssis, mənfi 18 dərəcədə çəkilişlər: Zirvədəki "44" filminin pərdəarxası - (Foto)
-
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
-
Ölkədə "otopleniya"sı olan binaların sayı açıqlandı
-
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - Yenilənib
-
“Ermənistana yeni müxalifət lazımdır” - Paşinyan
-
Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
-
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - (Foto/Video)
-
Elvin Nəbizadə “Məsuliyyət radiusu” layihəsi haqqında danışıb - Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Şaron Eyal və Romeo Kastelluçi, Lev Dodin və Əkrəm Xan, Piter Frankopan və Mənal Əl-Dovayan: Bakı Beynəlxalq İncəsənət Festivalı paralel proqramını elan edir - (Foto)
-
Cazın sehri və romantikanın səsi - “Frank Sinatra” gecəsi - (Foto)
-
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədovdan QƏRAR
-
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Sabah bu rayonun mərkəzində qaz kəsiləcək
-
Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
-
Qumralın ailəvi görüntüləri diqqət çəkdi - (Video)
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Bakılı dünya çempionu 200 min avro borca girib
-
Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
-
Filarmoniyada Xalq artisti Rauf Abdullayevə həsr olunmuş konsert keçirildi - (Foto)
-
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)





