Cəmiyyət

Bakıda park yandı - FOTO

18 Avqust 2014 17:12
0 Şərh     Baxış: 2 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 ağac tamamilə yanıb

Hadisə şahidlərinin lent.az-a verdiyi məlumata görə, metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun kənarında, Sabunçu rayon İcra Hakimiyyəti və doğum evinin yaxınlığındakı parkda ağaclar yanmağa başlayıb. Xeyli ağacı bürüyən yanğını söndürmək üçün 3 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

Sabunçu rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, alov 60 kvadrat metr sahəni əhatə edir və yanğının söndürülməsi üçün tədbirlər görülür və yanğın söndürülüb.

Sabunçu rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, tullantıların toplandığı ərazidə başlayan yanğın ağaclara da keçib və ümumilikdə 70 kvadrat metr ərazini əhatə edir.

Hadisə vaxtı 15 iri şam ağacı tamamilə yanıb.

Yanğının səbəbləri araşdırılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.