Cəmiyyət

Ana ölümü göstəricisi Səhiyyə Nazirliyini narahat edir

15 Fevral 2010 16:39
Baxış: 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iclası giriş sözü ilə nazir Oqtay Şirəliyev acıb.

Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev bildirib ki, ildən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. 2003-cü ildə səhiyyə ehtiyaclarına 59 milyon manat ayrılmışdısa, 2009-cu ildə bu rəqəm 502 milyon manat olub ki, bu da son beş ildə səhiyyə büdcəsinin 8 dəfə artması deməkdir. 2008-ci illə müqayisədə 2009-cu ildə Səhiyyə Nazirliyinin büdcəsi 50 faizə qədər artıb. Qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi ötən il də davam etdirilib. Bu proqramlara 2008-ci ildə 47 milyon, 2009-cu ildə isə 50 milyon manat vəsait ayrılıb.

S.Əliyev deyib ki, ana və uşaqların sağlamlığının qorunması üçün 2009-cu ildə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 4-ü (Bakı, Naxçıvan, Gəncə, Lənkəran) istifadəyə verilib. 2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə əlaqədar görülən qabaqlayıcı tədbirlər nəticəsində ana və uşaq ölümü göstəriciləri azalıb. Şöbə müdiri bəyan edib ki, ana ölümü göstəricisinin səviyyəsi bu gün də Səhiyyə Nazirliyini ən çox narahat edən məsələlərdən biridir. Hər bir ana ölümü doğuşa yardım komissiyasında təhlil və müzakirə olunur, metodik sənədlər, klinik protokollar hazırlanır, seminarlar, təlimlər keçirilir.

Nazirliyin kadrlar, elm və təhsil şöbəsinin müdirinin müavini Rauf Ağayev isə hazırda ölkənin səhiyyə sistemində 28489 həkim və 56842 orta tibb işçisinin çalışdığını açıqlayıb. Onun sözlərinə görə, regionlarda kadr çatışmazlığının aradan qaldırılması, gənc mütəxəssisləri işlə təmin etmək məqsədilə Azərbaycan Tibb Universitetini bitirən məzunlar iş yerlərinə təyinat alaraq səhiyyə idarələrinin nəzdinə yox, bilavasitə vakant yerlərə göndərilirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.