Cəmiyyət

"Məscidə salam" namazının qaydası necədir?

3 İyun 2014 22:54
0 Şərh     Baxış: 6 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məscidə girəndə qılınan "məscidə salam" namazının qaydası necədir? 

Milli.Az islam.az-a istinadən bildirir ki, buna "təhiyyatül-məscid" namazı deyirlər. Müstəhəbdir ki, adam məscidə girəndə gündəlik namazları qılmazdan əvvəl savab niyyəti ilə təhiyyat namazı qılsın.

Əbuzər Ğifari rəvayət edir ki, Allah Rəsulunun məsciddə tək oturduğunu görüb Ona yaxınlaşdım. Mənə buyurdu: "Ey Əbuzər! Məscidə salam ver (təhiyyət et)". Soruşdum: "Necə salam verim, ey Allahın elçisi?" Buyurdu: "İki rükət namaz qıl" (Şeyx Səduq. Məaniyyül-əxbar, səh.333). Təhiyyat namazı da sübh namazı kimi iki rükətli qılınır, niyyətində "məscidə salam (təhiyyat) namazı qılıram, qürbətən iləllah" deyilir.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.