Cəmiyyət

Bir Yusif, iki Məhəmməd, üç Zəhra...

13 May 2014 13:48
0 Şərh     Baxış: 1 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda son 5 il ərzində yeni doğulan uşaqlara qoyulan adlar arasında üstünlük təşkil adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən apa-ya verilən məlumata görə, son 5 il ərzində doğulan oğlan uşaqlara ən çox verilən Yusif adıdır. Bu ad 14 173 nəfərə qoyulub. Oğlan adları arasında populyarlıq qazanan digər adlar isə Əli (11338), Hüseyn (10435), Məhəmməd (7344) və Murad (6769) adıdır.
 
Ötən 5 il ərzində qız adları arasında ən çox üstünlük təşkil edən ad isə Zəhradır.
 
14 394 nəfərə Zəhra adı verilib. Qız adları arasında populyarlıq qazanan digərləri isə Nuray (12368), Fatimə (11738), Zeynəb (6490), Ayan (6473) və Aylindir (6340).

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.