Cəmiyyət

MTRŞ sədri: "Milli cizgi filmlərimizin hazırlanması üçün dövlət tərəfindən yardıma ehtiyac var"

8 May 2014 15:44
0 Şərh     Baxış: 1 186

"Azərbaycan uşaqlarının bu gün xarici cizgi filmlərinin tərbiyəsi altında böyüməsi qəbul edilən hal deyil"

"Prezident milli teleserialların çəkilməsi üçün zəruri addımı atdı, milli cizgi filmlərimizin meydana gəlməsi üçün də dövlət tərəfindən belə bir yardıma ehtiyac var".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, Azərbaycanda cizgi filmlərinin çəkilməsi ilə bağlı problem gündəmdə qalır: "Azərbaycanda uşaqlarla bağlı verilişlər, cizgi filmləri, demək olar ki, yox dərəcəsindədir. Uşaqlarımız bu gün xarici cizgi filmlərinin tərbiyəsi altında böyüyürlər. Bu, indiki dövrdə Azərbaycan üçün qəbul edilən hal deyil. İstərdik ki, hər hansı formada Mədəniyyət və Turizm Nazirliyinə, kino sahəsində ixtisaslaşan qruplara cizgi filmlərinin çəkilməsi üçün vəsait ayrılsın. Əsas məsələ cizgi filmləri çəkən kadrların yetişməsi, sonra da cizgi filmlərinin çəkilməsidir. Biz demirik ki, 1 il ərzində bütün məsələləri həll edək. Amma bu problem həll edilməlidir".

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.