Cəmiyyət

Akademik Zərifə Əliyevanın əziz xatirəsi Ukraynanın İrpen şəhərində yad edilib - FOTO

15 Aprel 2014 22:39
Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi Ukraynanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoyulmaqla yad olunmuşdur.

Bununla bağlı İrpen şəhərinə gələn Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədəki nümayəndələri və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvləri tanınmış elm fədaisinin büstü önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmişlər. Anma mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov çıxış edərək şəfalı əlləri ilə neçə-neçə insanın gözünə nur bəxş edən akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı misilsiz xidmətlərindən danışmışdır. Tədbirdə akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan bəhs olunmuşdur. Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın adı ölkəmizdə əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyi vurğulanmışdır. İrpen şəhərində akademikin adına salınan istirahət parkının və burada ucaldılan büstünün Azərbaycan ilə Ukrayna arasında dostluğun rəmzinə çevrildiyi diqqətə çatdırılmışdır. Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğu vurğulanmışdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Foto: AzərTAc

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.