Cəmiyyət

Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə həvəsləndirici mükafatların təntənəli təqdimat mərasimi keçirildi

15 Aprel 2014 20:41
Baxış: 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə təhsildə və idmanda fərqlənmiş 10 şagirdə və ən yaxşı beş müəllimə Heydər Əliyev Fondunun həvəsləndirici mükafatların təntənəli təqdimat mərasimi keçirilib.

Milli.Az AzərTAc-a istinadən məlumat verir ki, mərasimdə Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov, "Azərbaycan" milli mədəni cəmiyyətinin sədri Vahid Rəhimov, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional bölməsinin rəhbəri Elvin Hüseynov, məktəbin müəllimləri və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Rəşid Ağayev çıxış edərək Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verib.

Məktəbin ən yaxşı şagirdlərinə və müəllimlərinə Heydər Əliyev Fondu adından həvəsləndirici mükafatlar təqdim edilib.

Məktəbin valideyn komitəsinin nümayəndəsi, tibb elmləri doktoru, professor Gülnarə Sagitova göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.