Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yeni yoxlama qaydaları tətbiq edəcək. Dini qurumlarda keçiriləcək yoxlama tədbirlərinin məqsədi dini icmaların fəaliyyətinin qanunauyğunluğunu təmin etmək, icmalara hüquqi yardım göstərməkdir.
Bu barədə Trend-in rəsmi sorğusuna cavab olaraq DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, "Dini etiqad azadlığı haqqında" qanunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinin müvafiq tələblərinə uyğun olaraq, ölkədə dini durumun tənzimlənməsi, həmçinin dini qurumların fəaliyyətinə nəzarət funksiyasının həyata keçirilməsi məqsədilə Dövlət Komitəsində "Dini qurumlarda nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları" hazırlanıb. Qaydalar dini qurumlarda 2 növ nəzarət tədbirinin - yoxlama və baxışların həyata keçirilməsini daha dəqiq tənzimləyəcəkdir.
Yeni qaydalara uyğun aparılacaq yoxlamalarda dini icmaların fəaliyyətinin qanunvericiliyə və öz nizamnamələrinə uyğun həyata keçirilməsi, qeyri-qanuni nəşr olunmuş və ya zərərli dini ədəbiyyatdan istifadə edilməsi, dini qurumda aparılan təbliğatda dini nifrət və ya ayrı-seçkilik hallarına yol verilib-verilməməsi əsas diqqət mərkəzində olacaqdır. Yoxlamaların nəticələrinə əsasən, dini qurumlara hüquqi yardım qaydasında fəaliyyətlərinin qanunauyğun formaya salınması ilə bağlı tövsiyələr veriləcəkdir. Eyni zamanda, əgər ciddi qanun pozuntuları aşkarlansa, inzibati və prosesual qaydada zəruri tədbirlər həyata keçiriləcək.
Dövlət Komitəsindən verilən məlumata görə, vaxtaşırı keçirilməsi nəzərdə tutulan nəzarət tədbirləri subyektivliyə yol verilməməsi üçün konkret istiqamətlər üzrə aparılacaq, həmin tədbirlərə zərurət yarandıqda, müvafiq dini mərkəzin nümayəndələri və digər mütəxəssislər cəlb ediləcək, hər bir tədbirin nəticələri aktlaşdırılacaq.
DQİDK-nın bir qrup işçisinin hal-hazırda yeni yoxlama qaydalarının tətbiqi ilə bağlı müvafiq hazırlıq-treninq keçdikləri də qeyd edilir.
Dövlət Komitəsinin açıqlamasında bildirilir ki, bu əlavə addımlar dövlət-din münasibətlərinin möhkəmləndirilməsinə, dini etiqad azadlığının və dini tolerantlığın daha yüksək səviyyədə təmin edilməsinə və dini zəmində mənfi təzahürlərin qarşısının alınmasına xidmət edəcəkdir.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanuna və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinə uyğun olaraq, Dövlət Komitəsi dini qurumların fəaliyyətinə nəzarət etmək hüququna malikdir. Lakin Dövlət Komitəsi qeyd olunan hüquqa malik olsa da, indiyədək dini qurumların fəaliyyətinə nəzarəti həyata keçirə biləcək hüquqi mexanizm işlənib hazırlanmayıb.
Milli.Az
Cəmiyyət
Dövlət Komitəsi yeni yoxlama qaydaları tətbiq edəcək
15 Aprel 2014 16:36
Baxış: 573
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Süst və tənbəl olmayın
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- Motosikletdə sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi - VİDEO
- Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
- İşçi pozulmuş hüquqlarının bərpası üçün hara müraciət etməlidir?
- Taksi sürücüsü pakistanlı turistin başına oyun açmaq istədi - VİDEO
XƏBƏR LENTİ
- Ən uzunömürlü bürclər onlardır
- Hamiləlikdən sonra ilk dəfə görüntüləndi - FOTO
- Xanımından Mark Zukerberqə qeyri-adi hədiyyə - FOTOlar
- 35 ildən sonra yenidən bunu etdi - FOTOlar
- 61 yaşlı aktrisa dekolteli libası ilə diqqət çəkdi - FOTO
- Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
- Gül mağazasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO
- Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?
- ABŞ və Yaponiya yeni hərbi sistem üçün saziş imzaladı
- Bu güllə təkcə Fitsoya atılmayıb - Zatulin
- Atəşkəs olsaydı, HƏMAS bunu edəcəkdi - Fidan
- Fitsonu güllələyən yazıçı ilə bağlı iddialara cavab
- "Ağ çiçəyim" gül mağazasındakı yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu - FOTO
- Günün qoroskopu: Süst və tənbəl olmayın
- HƏMAS-dan İsrailə Rəfahla bağlı xəbərdarlıq...
- 4 güləşçimiz finalda
- Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
- Məhkəmədən İmran Xanla bağlı qərar
- Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı
- Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
- "Kuruluş Osman" izləyicilərinə pis xəbər
- “Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
- Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
- "Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"