Cəmiyyət

Məcburi köçkünlər Dövlət Komitəsinin qarşısına niyə yığışıblar? - YENİLƏNİB - FOTO

15 Aprel 2014 14:39
Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:39

Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi bir qrup məcburi köçkünün bu gün səhər saatlarında qurumun binası qarşısında aksiya keçirmək cəhdlərinə münasibət bildirib. 

Qaçqın və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin Məskunlaşma miqrasiya məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov APA-ya açıqlamasında bildirib ki, komitənin binası qarşısına toplaşan şəxslər respublika, habelə paytaxt ərazisində məskunlaşan məcburi köçkünlərdir:

"Hər ayın 1-i və 15-i komitədə qəbul keçirilir. Bu gün həmin qəbula gələn şəxslərin sayı həddən artıq çoxdur. Lakin bütün şikayətçilər komitə sədrinin müavini, aparat rəhbəri və işğal altında olan rayonların icra hakimlərinin müavinləri tərəfindən qəbul olunurlar. Şikayətə gələn məcburi köçkünlər əsasən  mənzil problemindən əziyyət çəkirlər. Qanunvericiliyə əsasən, məcburi köçkünlərin ev problemi tədricən həll ediləcək və onlar hazırda tikilən mənzillərlə təmin ediləcəklər".

----------
14:08

Bir qrup məcburi köçkün bu gün səhər saatlarından Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirir.

APA-nın verdiyi məlumata görə, məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Hazırda aksiyaçılar Dövlət Komitəsinin binası qarşısında toplaşıblar. Onlara komitə rəsmiləri tərəfindən qəbul olunacaqları bildirilib.

Aksiya keçirən şəxslər vaxtilə Binəqədi rayonunun 9-cu mikrorayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada məskunlaşan Ağdam, Xocalı, Kəlbəcər, Xocavənd rayonundan olan məcburi köçkünlərdir. Onlar sonradan Mehdiabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində yerləşdirilsələr də, yaşayış yerlərində sıxlıqla bağlı narazılıqlarını bildiriblər.

Aksiyaçıların bir qismi isə hələ də onlara yer ayrılmadığını deyiblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.