Cəmiyyət

İlham Mirzəyev haradadır?

15 Aprel 2014 12:34
5 Şərh     Baxış: 3 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir neçə gün əvvəl həbs olunan tanınmış teleaparıcı İlham Mirzəyevin harada saxlanıldığı məlum olub
Bu barədə aznews.az-a açıqlama verən İ.Mirzəyevin vəkili Xanlar Bayramzadə bildirib ki, müdafiə etdiyi şəxs hazırda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Vəkil deyib ki, sonuncu dəfə İ. Mirzəyevlə ötən axşam saxlandığı məntəqədə görüşüb.

İ. Mirzəyevin hələ də DİN-də saxlanmasının səbəbini öyrənmək məqsədilə adıçəkilən qurumun mətbuat xidməti ilə əlaqə saxladıq.

Amma suallar boşa çıxdı.

Qeyd edək ki, İlham Mirzəyev aprelin 11-də saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qəti imkan tədbiri seçilib. Teleaparıcı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.