Cəmiyyət

Səlim Müslümov Ağdam və daha 3 rayonun sakinləri ilə görüşəcək

15 Aprel 2014 11:36
0 Şərh     Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 25-də saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Ağdam Rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Ağcabədi, Laçın, Bərdə rayonlarının sakinləri ilə görüşəcək.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (026) 325- 03- 57 (Ağdam rayon ƏSMM), (021) 275-53- 24 (Ağcabədi rayon ƏSMM), (020) 205-19-98 (Bərdə rayon ƏSMM), (021) 277-84-01 (Laçın rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Ağcabədi, Bərdə və Laçın rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağdam rayonuna aparılıb gətirilmələri təmin ediləcəkdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.