Cəmiyyət

Azərbaycanda qeyri-adi toyun səbəbkarları necə dolanırlar? - VİDEO

15 Aprel 2014 11:14
3 Şərh     Baxış: 2 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir neçə gün əvvəl Əli Aynurənin toy mərasimi mətbuatda yayımlandı. Bu cütlüyün evliliyi bir çox insanları heyrətləndirdi.

Milli.Az xəbər verir ki, FaktXəbər  toydan sonra bu cütlüyün ailəsinə baş çəkməyə qərar verib.

Binəqədi kəndində kirayədə yaşayan Əli Qasımov gülər üzlə bizi qarşıladı. 42 yaşlı Əli 1-ci qrup əlili olmasına baxmayaraq, 25 yaşından namaz qılır. Nitqi qüsurludur, Quran oxuya bilir, hətta indiyə kimi 28 nəfərə Quran dərsi də keçib.

Əli bildirdi ki, 6 aylıq olarkən qıcolma keçirib. Həkimin qıcolma zamanı vurduğu iynədən bu günədək əlil arabasında gəzir. O halından şikayətçi deyil, ancaq ayağa qalxması üçün ümid var. Əli deyir ki, xarici ölkələrin birində müayinə olunub və onun ayağa qalxmasına 80 faiz təminat verilib. Bunun üçünsə 70 min avro lazımdır.

Həyat yoldaşı Aynurə Qasımova onunla ailə qurduğuna görə xoşbəxtdir. Aynurə bu addımını böyük hünər saymır: "Əli böyük ürək sahibidir. Yoldaşımın xidmətindən zövq alıram və əsla yorulmuram. Əliyə hər dəfə yardım edəndə haqqımı halal etməsini istəyir. Onun gülərüz olması mənə kifayət edir."

Dostu Sadiq Əliyev Əlinin çox sadiq yoldaş olduğunu deyir: "Hər kəsə dost demək olmur. O çox sadiq dostdur. Pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olub. Əlinin duaları bizə yardımçı olur".

Əli kirayə qalır və hazırda dostlarının dəstəyi ilə ev tikdirir. Xahişi budur ki, ona maddi kömək etsinlər. 1-ci qrup əlil olan Əli Qasımov 65 manat pensiya alır. Ünvanlı sosial yardım almayan Əli həyata nikbin baxır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.