Cəmiyyət

Tağı Əhmədov ailə üzvləri ilə birlikdə Azərbaycanı tərk etdi? - YENİLƏNİB

19 Mart 2014 14:27
20 Şərh     Baxış: 16 256
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
14:27

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun ölkəni tərk etməsi xəbəri yayılıb. Bununla bağlı publika.az-ın sualına cavabında T. Əhmədov ölkədə olduğunu deyib: "Bunu kim deyir? Mən ölkədəyəm".

Qeyd edək ki, yayılan məlumatlara görə, o, bu gün səhər saat 10:05 reysi ilə Dubaya gedib. Məlumata görə, onunla birlikdə ailəsi və nəvələri də ölkəni tərk ediblər.

---------
14:21

Sabiq rəisin ailə üzvləri, hətta nəvələri ilə Dubay reysi ilə uçduğu bildirilir. Tağı Əhmədovun həbs olunacağı haqda informasiyalar onun ölkədən birdəfəlik getməsi ehtimalını artırır.

Martın 19-da Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov səhər saat 10:05 reysi ilə Dubaya gedib. Bu barədə MeydanTV-yə Heydər Əliyev adına hava limanındakı mənbələr məlumat verib. Bildirildiyinə görə, Tağı Əhmədov hava limanında tək deyilmiş. Onunla birlikdə ailəsi və hətta nəvələri də Dubaya uçublar.

Milli.Az xəbər verir ki, bir müddət əvvəl "Qafqazinfo" saytı sabiq rəisin həbs olunacağı haqqında məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, artıq Respublika Prokurorluğu və Vergilər Nazirliyi Bakı Metropolitenində genişmiqyaslı yoxlamalara başlayıb. Yoxlama korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir. Yoxlamalara səbəb T.Əhmədovun rəhbərliyi dövründə külli-miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasıdır. Sayt buna əsasən T.Əhmədovun həbs olunacağı ehtimalını da mənbələrinə istinadən yaymışdı.

Sabiq rəisin bütün ailə üzvləri, hətta nəvələri ilə birgə ölkəni tərk etməsi bu barədə məlumatların səhih olduğuna şübhə yaratmır. Ancaq bunlara baxmayaraq Tağı Əhmədovun mobilinə dəfələrlə zəng etsək də, telefonu qapalı idi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.