Cəmiyyət

Abel Məhərrəmov işdən çıxarıldı? - RƏSMİ CAVAB

12 Mart 2014 16:25
0 Şərh     Baxış: 8 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abel Məhərrəmovun işdən çıxarılması xəbərinə rəsmi cavab verilib

Rektora sənəd və əmr imzalaması barədə qadağa qoyulması xəbərlərinə aydınlıq gəlib.

Bakı Dövlət Univesitetinin rektoru Abel Məhərrəmovun işdən çıxarılacağı ilə bağlı yayılan xəbərlərə universitetin cavabı gecikməyib. Universitetin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, rektor A.Məhərrəmova işdən çıxarılacağı ilə bağlı heç bir xəbərdarlıq edilməyib.

Həmçinin bildiriblər ki, sənəd və əmrlər imzalamaq barədə ona heç bir qadağa qoyulmayıb: "Abel Məhərrəmova işdən çıxarılacağı ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Bu məlumatlar həqiqəti əks etdirmir. Ona sənəd və əmr imzalaması barədə qadağa qoyulması xəbərləri yalandır. Abel Məhərrrəmovun fəaliyyətinə heç bir qadağa qoymayıblar".

Xartıraladaq ki, Kütləvi İnformasiya Vasitələrində son günlər Bakı Dövlət Universitetində baş verən aksiyalarla bağlı rektor Abel Məhərrəmova xəbərdarlıq edilməsi barədə xəbərlər yayılıb. Onun sənəd və əmr imzalama hüququndan məhrum edildiyi qeyd olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.