8 Mart hamı üçün bayram deyil...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ənənəyə görə, həmin tarixdə qadınlar əks cinsin nümayəndələrindən diqqət, qayğı və hədiyyə gözləyirlər.XIX əsrdə öz insani hüquqları uğrunda cəsarətlə mübarizə aparan və məqsədə nail olan qadınlar artıq uzun müddətdir 8 martı beynəlxalq səviyyədə bayram edirlər
Milli.Az Modern.az-a istinadən xəbər verir ki, 8 Mart BMT tərəfindən beynəlxalq bayram kimi qəbul olunsa da, onu heç də bütün ölkələrdə qeyd etmirlər.
Dünyanın bəzi dövlətləri 8 Mart Beynəlxalq Qadınlar Gününü sosializm quruluşuna aid bayram kimi qiymətləndirərək, onu qeyd etməyi lazın bilmirlər.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda başladığı mübarizə 1857-ci il martın 8-nə təsadüf edib. Həmin gün ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın az maaşa, uzun çalışma saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz olaraq tətil edib. Bu hadisələrdən 52 il sonra Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Qadın Sosialist İnternasionalının qurultayında qərara alınıb ki, 8 mart tarixi qadın hüquqlarının genişləndirilməsi və həmrəyliyinin simvolu olaraq hər il bayram günü kimi qeyd olunsun. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.
Qadınlar 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildən, Azərbaycanda isə 1917-ci ildən qeyd edilir.
1977-ci ildə isə BMT 8 mart tarixini qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul etdi. Beləliklə də, 8 mart tarixi qadın həmrəyliyinin simvoluna çevrildi.
Amma bu gün dünyanın heç də bütün ölkəsində qadın azadlıq və hüquqları, zərif məxluqa göstərilən qayğı ön planda deyil. BMT-nin rəsmi statistikasına görə, hazırda dünyadakı ən yoxsul insanların böyük bir qismi qadınlardır. Heç bir təhsil almamış insanların da böyük əksəriyyətini qadınlar təşkil edir. Bir çox ölkələrdə işləyən qadınlar kişilər qədər maaş almırlar. Həmçinin kişilərdən daha çox işdən çıxarılma təhlükəsiylə də qadınlar üzləşirlər.
Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, hazırda dünyada işləyən qadınların sayı 1 milyard 200 milyon nəfərdən çoxdur. Bu, bütövlükdə dünyadakı işçi qüvvəsinin təxminən 40 faizi həcmindədir. Beynəlxalq Əmək Təşkilatı müəyyən edib ki, dünyada 81,6 milyondan çox əmək qabiliyyətli qadın işsizdir. Araşdırmalar göstərib ki, dünyada zərif cinsin işləyən nümayəndələrinin 36,1 faizi kənd təsərrüfatı, 46,3 faizi isə xidmət sahələrində çalışır.
8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda rəsmi bayramlar sırasında daxildir. Ölkəmizdə bu bayrama xüsusi diqqətlə yanaşılır, qadınlar dövlət başçısı tərəfindən rəsmən təbrik edilir. Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Tariximizin və mədəniyyətimizin neçə-neçə parlaq səhifəsi onların adı ilə bağlıdır.
Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah 10:00-da qaz kəsiləcək
-
“Allah belə qızın bəlasını versin, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası - VİDEO
-
Azərbaycanda çörək BAHALAŞDI? - RƏSMİ
-
Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda MTK-ların dövrü BİTİR? - Binalarda yeni SİSTEM
-
Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
Sabah 10:00-da qaz kəsiləcək
-
“Allah belə qızın bəlasını versin, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası - VİDEO
-
Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO
-
Metamfetaminlə tutulan şəxsə hökm oxundu
-
Azərbaycanda çörək BAHALAŞDI? - RƏSMİ
-
133 oyunun nəticəsi ləğv edilə bilər
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
-
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
-
Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
-
Tatlısesin qızından diqqətçəkən CAVAB - FOTO
-
Azərbaycanda MTK-ların dövrü BİTİR? - Binalarda yeni SİSTEM
-
Göy üzündə möhtəşəm şou OLACAQ
-
Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
-
Körpəsinə "Gucci"dən əmzik almaq üçün Dubaya GETDİ: 833 manata... - VİDEO
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib
-
Dünyanın ən sağlam meyvələri açıqlandı - SİYAHI
-
Efirdə yardım istədi, günlər sonra ÖLDÜRÜLDÜ - VİDEO
-
"Okamponun fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir"
-
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - SABAHDAN
-
ABŞ Almaniyada planlarını dəyişir?
-
Trampdan Putinlə bağlı diqqətçəkən açıqlama
-
Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu
-
"Ərinə yaraşmırsan" dedilər, əməliyyatla üzünü DƏYİŞDİRDİ - VİDEO





