Cəmiyyət

Naxçıvan şəhərinə yeni rəis təyin olundu

25 Fevral 2014 16:07
Baxış: 7 984
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Naxçıvan MR-in Daxili İşlər Nazirliyində mühüm kadr dəyişikliyi baş verib

AzNews.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan şəhəri Polis İdarəsinə yeni rəis təyinatı aparılıb.

Bu vəzifəyə Babək rayon Polis idarəsinin keçmiş rəisi polis polkovniki Cavid Qasımov gətirilib.

Xatırladaq ki, uzun illər Naxçıvan şəhəri Polis İdarəsinin rəisi vəzifəsini icra etmiş Səbuhi Novruzovun MR-in Daxili İşlər Nazirliyinin müavini təyin edilməsindən sonra onun yeri boş qalmışdı.

Yeni təyin olunan Cavid Qasımov Naxçıvan MR-in Daxili İşlər naziri Əhməd Əhmədovun kadrı hesab olunur. Məlumata görə, Cavid Qasımov vəzifəyə təyin edildikdən sonra İdarədə ciddi kadr dəyişikliyi aparıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.