Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sevgini bildirməyin tarixi yoxdur"
Nicat Danışkar, aktiv gənc:
Nicat Sevgililər Gününün hansısa tarixdə qeyd olunması ilə razılaşmır. Onun sözlərinə görə, sevgini bir günə sığışdırmaq düzgün deyil: "Sevgi məsələsi məni uşaqlığımdan çox maraqlandırıb. Hər zaman düşünmüşəm ki, əsl sevən insan üçün hər gün sevgililər günüdür. Sevgini bir günə sığışdırmaq olmaz, üstəlik, bu günü 14 fevralda qeyd etmək heç düzgün deyil. Bu tarix Qərbin insanların beyninə yeritdiyi bir gündür. 14 fevral yalnız hədiyyə satan firmalar üçün maddi gəlir mənbəyi kimi önəmlidir. Fikrimcə, hər kəs "səni sevirəm" dediyi günü yadında saxlamalı və o günü sevgililər günü kimi özəlləşdirməlidir".
Nicat düşünür ki, sevdiyin insana hədiyyə almağın və ya ona sürpriz etməyin tarixi yoxdur: "Əgər sevdiyinə hədiyyə almaq istəyirsənsə, bunun üçün nə 14 fevralı, nə də 30 iyunu gözləməyə dəyməz. Çünki sevgi hər gün, hər saat səninlədir. Sən nə vaxt uyğun görsən, sevdiyinə sürpriz edə, onu sevindirə bilərsən və məhz bu gün sizin sevgililər gününüz olar".
Sevgi etirafına gəlincə isə, müsahibimiz deyir ki, etiraf etməsə də, sevən insanın gözündən hər şey oxunur: "Sevdiyim qızla universitetdə oxuyarkən tanış olmuşuq. Amma hərbi xidmətimi başa vurduqdan sonra münasibətlərimiz daha da yaxınlaşdı və "səni sevirəm", "sən mənim üçün dəyərlisən" kəlməsini ona etiraf etdim. Onsuz da, etiraf etməzdən əvvəl hər şey gözlərimdən oxunurdu. Sevmək bu həyatda tanıdığım, bildiyim ən gözəl hissdir. Sonu nə olursa olsun, sevgini yaşamağa dəyər ".
Azərbaycanlı qızların sevgi etirafı etməkdə çətinlik çəkdiyini deyən həmsöhbətimiz onlara çəkinməmələrini məsləhət gördü: "Sevgini etiraf etməkdə əngəl olmamalıdır. Qızlara məsləhətim budur ki, əgər xoşlarına gələn oğlan varsa, cavabları necə olursa olsun, bunu ona etiraf etməlidirlər. Yoxsa, sevgi hissi onlara bir ömür acı çəkdirər...".
"Geciksən, etiraf etmək üçün sevgili qalmaz"
Məhəmməd Türkmən, jurnalist:
Məhəmməd düşünür ki, sevən insan üçün hər gün sevgililər günüdür: "Hər kəsin öz sevdiyi ilə keçirdiyi gün onun sevgililər günüdür. Mənin üçün ayın tarixinin fərqi yoxdur. Həqiqətən, sevirsənsə, sənin üçün hər gün sevgililər günüdür. Əgər Sevgililər Gününü keçirəcəyim günü seçmək üçün seçim qarşısında qalsam, 14 fevralı daha məqsədəuyğun hesab edərdim". Sevgi etirafından danışan həmsöhbətim bildirdi ki, o, sevdiyi qıza öz sevgisini birbaşa etiraf edib: "Etirafımı birbaşa söylədim. Sevdiyim xanıma dedim ki, "səni sevirəm". Hisslərimi etiraf etmək üçün konkret zamanı və ya xüsusi xoş günün olmasını gözləməmişəm".
Sevgi etirafını gizlətməyin düzgün olmadığını deyən Məhəmməd də digər müsahibimiz kimi azərbaycanlı xanımlarının sevdiyini etiraf etməsinin çox qəliz məsələ olduğunu bildirdi: "Sevgini etiraf etmək mütləq lazımdır. Bu gizlədiləsi bir hiss deyil. Etirafın da bir vaxtı var. Xanımlar da bilməlidirlər ki, gecikdirsən, etiraf etmək üçün sevgili qalmaz. Nəzərə almaq lazımdır ki, bir xanımın sevdiyini etiraf etməsi çox qəliz məsələdir. Onlar həmişə qarşı tərəfin etiraf etməsini gözləyirlər. Bunun səbəbi, düşünürəm ki, əsasən qürurdur. Çünki, onlar rədd cavabı almaqdan çox qorxurlar".
"Sevgi etirafımı şeirlə etdim"
Günel Şamilqızı, gənc ədib
Günel deyir ki, hər cütlüyün öz sevgililər günü olmalıdır. Müsahibimiz bu günü nə 30 iyun, nə də 14 fevralda qeyd edir. Onun üçün sevgililər gün 16 aprel tarixidir: "Bütün bayramlarda sevindiyim kimi, Sevgililər Günündə də sevinirəm. Amma biz sevdiyim insanla birlikdə nə 30 iyunu, nə də 14 fevralı təntənə ilə qeyd etmirik. Düşünürəm ki, hər bir cütlüyün öz sevgililər günü olmalıdır. Bizim sevgililər günümüz 16 aprel tarixidir. Biz başqasının özəl günündə yox, məhz özümüzə aid olan müqəddəs gündə, öz bayramımızda daha çox sevinirik. Sevgi elə gözəl hissdir ki, bu özəlliklərdən bütün gənclərimizə arzu edirəm". Günel sevdiyi insana sevgisini şeirlərlə etiraf edib:
"Mənim gündəliyim "2"siz olub,
Bilmişəm hər "5"in dadı başqadır.
Bircə bilmədiyim bu olub, yəqin,
Hərdən "2"lər də elə "5" dadır.
Səni taleyimin "5"i sanırdım,
Artıb, qiymətini qiymətsiz etdin.
Dirildib ömrümün hər sıfırını,
Aparıb arxanca neçə yüz etdin.
Sonra arzuladıq "3" olaq bir gün,
Bəlkə də, "4" olduq, nə bilmək olar?
Hələ "5" də gələr, "6", "7" də
Hərifli ömrümüz rəqəmlə dolar".
Sevgini etiraf etməyin gözəl hiss olduğunu vurğulayan Günel bütün qızlara məsləhət gördü ki, əgər həqiqətən sevirlərsə, bunu gizlətməsinlər və etiraf etsinlər: "Sözün bütün mənalarında sevgini etiraf etmək gözəldir, gərəklidir. Fərqi yoxdur, o insan qohumundur, ya dostun. Bir cümləlik etirafı dilə gətirmək o qədər də çətin deyil, amma o "sehirli söz, etiraf" dünyanın ən çətin problemlərini kiçildə bilər...".
Kaspi.az
Gənclər sevgilərini necə etiraf edirlər?
14 Fevral 2014 15:03
4 Şərh
Baxış: 33 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi insanlar üçün bu tarix heç nə ifadə etməsə də, dünyanın bir çox ölkələrində Sevgililər Günü kimi qeyd edilir. Bir çox gənc Sevgililər Gününü 30 iyun (20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü - red.) tarixində keçirsə də, hələ də bu tarixi 14 fevralda qeyd edənlər az deyil. Bəs bizim gənclər Sevgililər Gününü necə qeyd edirlər və öz sevgilərini qarşı tərəfə necə etiraf edirlər?Bu gün 14 fevraldır
"Sevgini bildirməyin tarixi yoxdur"
Nicat Danışkar, aktiv gənc:
Nicat Sevgililər Gününün hansısa tarixdə qeyd olunması ilə razılaşmır. Onun sözlərinə görə, sevgini bir günə sığışdırmaq düzgün deyil: "Sevgi məsələsi məni uşaqlığımdan çox maraqlandırıb. Hər zaman düşünmüşəm ki, əsl sevən insan üçün hər gün sevgililər günüdür. Sevgini bir günə sığışdırmaq olmaz, üstəlik, bu günü 14 fevralda qeyd etmək heç düzgün deyil. Bu tarix Qərbin insanların beyninə yeritdiyi bir gündür. 14 fevral yalnız hədiyyə satan firmalar üçün maddi gəlir mənbəyi kimi önəmlidir. Fikrimcə, hər kəs "səni sevirəm" dediyi günü yadında saxlamalı və o günü sevgililər günü kimi özəlləşdirməlidir".
Nicat düşünür ki, sevdiyin insana hədiyyə almağın və ya ona sürpriz etməyin tarixi yoxdur: "Əgər sevdiyinə hədiyyə almaq istəyirsənsə, bunun üçün nə 14 fevralı, nə də 30 iyunu gözləməyə dəyməz. Çünki sevgi hər gün, hər saat səninlədir. Sən nə vaxt uyğun görsən, sevdiyinə sürpriz edə, onu sevindirə bilərsən və məhz bu gün sizin sevgililər gününüz olar".
Sevgi etirafına gəlincə isə, müsahibimiz deyir ki, etiraf etməsə də, sevən insanın gözündən hər şey oxunur: "Sevdiyim qızla universitetdə oxuyarkən tanış olmuşuq. Amma hərbi xidmətimi başa vurduqdan sonra münasibətlərimiz daha da yaxınlaşdı və "səni sevirəm", "sən mənim üçün dəyərlisən" kəlməsini ona etiraf etdim. Onsuz da, etiraf etməzdən əvvəl hər şey gözlərimdən oxunurdu. Sevmək bu həyatda tanıdığım, bildiyim ən gözəl hissdir. Sonu nə olursa olsun, sevgini yaşamağa dəyər ".
Azərbaycanlı qızların sevgi etirafı etməkdə çətinlik çəkdiyini deyən həmsöhbətimiz onlara çəkinməmələrini məsləhət gördü: "Sevgini etiraf etməkdə əngəl olmamalıdır. Qızlara məsləhətim budur ki, əgər xoşlarına gələn oğlan varsa, cavabları necə olursa olsun, bunu ona etiraf etməlidirlər. Yoxsa, sevgi hissi onlara bir ömür acı çəkdirər...".
"Geciksən, etiraf etmək üçün sevgili qalmaz"
Məhəmməd Türkmən, jurnalist:
Məhəmməd düşünür ki, sevən insan üçün hər gün sevgililər günüdür: "Hər kəsin öz sevdiyi ilə keçirdiyi gün onun sevgililər günüdür. Mənin üçün ayın tarixinin fərqi yoxdur. Həqiqətən, sevirsənsə, sənin üçün hər gün sevgililər günüdür. Əgər Sevgililər Gününü keçirəcəyim günü seçmək üçün seçim qarşısında qalsam, 14 fevralı daha məqsədəuyğun hesab edərdim". Sevgi etirafından danışan həmsöhbətim bildirdi ki, o, sevdiyi qıza öz sevgisini birbaşa etiraf edib: "Etirafımı birbaşa söylədim. Sevdiyim xanıma dedim ki, "səni sevirəm". Hisslərimi etiraf etmək üçün konkret zamanı və ya xüsusi xoş günün olmasını gözləməmişəm".
Sevgi etirafını gizlətməyin düzgün olmadığını deyən Məhəmməd də digər müsahibimiz kimi azərbaycanlı xanımlarının sevdiyini etiraf etməsinin çox qəliz məsələ olduğunu bildirdi: "Sevgini etiraf etmək mütləq lazımdır. Bu gizlədiləsi bir hiss deyil. Etirafın da bir vaxtı var. Xanımlar da bilməlidirlər ki, gecikdirsən, etiraf etmək üçün sevgili qalmaz. Nəzərə almaq lazımdır ki, bir xanımın sevdiyini etiraf etməsi çox qəliz məsələdir. Onlar həmişə qarşı tərəfin etiraf etməsini gözləyirlər. Bunun səbəbi, düşünürəm ki, əsasən qürurdur. Çünki, onlar rədd cavabı almaqdan çox qorxurlar".
"Sevgi etirafımı şeirlə etdim"
Günel Şamilqızı, gənc ədib
Günel deyir ki, hər cütlüyün öz sevgililər günü olmalıdır. Müsahibimiz bu günü nə 30 iyun, nə də 14 fevralda qeyd edir. Onun üçün sevgililər gün 16 aprel tarixidir: "Bütün bayramlarda sevindiyim kimi, Sevgililər Günündə də sevinirəm. Amma biz sevdiyim insanla birlikdə nə 30 iyunu, nə də 14 fevralı təntənə ilə qeyd etmirik. Düşünürəm ki, hər bir cütlüyün öz sevgililər günü olmalıdır. Bizim sevgililər günümüz 16 aprel tarixidir. Biz başqasının özəl günündə yox, məhz özümüzə aid olan müqəddəs gündə, öz bayramımızda daha çox sevinirik. Sevgi elə gözəl hissdir ki, bu özəlliklərdən bütün gənclərimizə arzu edirəm". Günel sevdiyi insana sevgisini şeirlərlə etiraf edib:
"Mənim gündəliyim "2"siz olub,
Bilmişəm hər "5"in dadı başqadır.
Bircə bilmədiyim bu olub, yəqin,
Hərdən "2"lər də elə "5" dadır.
Səni taleyimin "5"i sanırdım,
Artıb, qiymətini qiymətsiz etdin.
Dirildib ömrümün hər sıfırını,
Aparıb arxanca neçə yüz etdin.
Sonra arzuladıq "3" olaq bir gün,
Bəlkə də, "4" olduq, nə bilmək olar?
Hələ "5" də gələr, "6", "7" də
Hərifli ömrümüz rəqəmlə dolar".
Sevgini etiraf etməyin gözəl hiss olduğunu vurğulayan Günel bütün qızlara məsləhət gördü ki, əgər həqiqətən sevirlərsə, bunu gizlətməsinlər və etiraf etsinlər: "Sözün bütün mənalarında sevgini etiraf etmək gözəldir, gərəklidir. Fərqi yoxdur, o insan qohumundur, ya dostun. Bir cümləlik etirafı dilə gətirmək o qədər də çətin deyil, amma o "sehirli söz, etiraf" dünyanın ən çətin problemlərini kiçildə bilər...".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib
XƏBƏR LENTİ
-
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
-
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
-
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib - Yenilənib (Foto)
-
U-15 dünya çempionatı: İspaniya çempion olub
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)
-
Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza
-
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)
-
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov





