Cəmiyyət

Eldar Sabiroğlu: "Deyiləcək başqa sözüm yoxdur"

8 Yanvar 2014 11:25
Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ötən ay sizə verdiyim axırıncı açıqlamada dediyim kimi, hələ ki dincəlirəm. 20 gündür istirahət edirəm, hələlik planım bundan ibarətdir, bir qədər istirahət etmək istəyirəm"

Bu sözləri Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu deyib.

Deyiləcək başqa heç bir sözünün olmadığını söyləyən E.Sabiroğlu yeni təklif də almayıb:

"Təkliflərə gəlincə hər şey zamanında görünəcək. Ona görə də indidən nəsə demək tezdir. Bir az ara keçsin, danışarıq".

Müdafiə Nazirliyinin mətbuat xidmətindəki yeni təyinata gəlincə, E.Sabiroğlu hər kəsə uğurlar arzulayıb.

Qeyd edək ki, ötən ay müdafiə naziri Zakir Həsənov Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun ordu sıralarından tərxis olunması ilə bağlı əmr imzalayıb. Eldar Sabiroğlu 90-cı illərdə YAP-ın tanınmış simalarından olub. Partiyanın təşkilat şöbəsinə rəhbərlik edən E.Sabiroğlu YAP-ın 1999-cu ildə keçirilən qurultayında Siyasi Şuranın üzvü seçilib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2000-ci illərin əvəvlərində E.Sabiroğlu partiya işlərindən uzaqlaşıb. Bir müddət işsiz qaldıqdan sonra 2007-ci ildən Müdafiə Naziriyinin mətbuat xidmətinə rəhbər təyin olunub. Bu təyinat o zaman ictimai-siyasi arenada maraq və təəccüblə qarşılanmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.