Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda kənd var, ölüsünü yumağa su axtarır - FOTO
9 Dekabr 2013 01:30
1 Şərh
Baxış: 2 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda bir kəndin əhalisi susuzluqdan yanır. Beyləqan rayonu, Orta Əlinəzərli kəndinin sakinləri Milli.Az-a yazdıqları məktubda illərdir susuzluqdan əziyyət çəkdiklərindən şikayətlənirlər. Su problemi ilə üzləşən kənd sakinlərindən birinin anasının meyitinin su ucbatından gec yuyulması onları daha da hiddətləndirib:
"Bələdiyyə və icra nümayəndəsi isə su istəyən sakinlərlə kobud rəftar edir. İcra nümayəndəsi Quliyev Famil kənddə suyun olduğunu desə də, cəhdi uğursuz alındı. Rayon icra hakimiyyətinə də məlumat verilsə də, hələlik heç bir xəbər yoxdur. Hər gün qadınlar kilometrlərlə yol gedib su daşıyırlar".
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Orta Əlinəzərli kənd üzrə nümayəndəsi Famil Quliyev Milli.Az-a açıqlamasında su qıtlığının yaranma səbəbindən danışdı:
"Kənd ərazisində 50 il əvvəl qazılmış artezian quyusu quruyub. Əvvəllər kənddə 50-60 ev vardı, bu gün isə 170 ev var. Sakinlərə başqa arteziandan su xəttinin çəkilməsi üçün 400 metr plastik boru almalarını demişəm. Onlar əvvəl razılaşsalar da, sonradan pullarının olmadığını dedilər".
İcra nümayəndəsi kəndin su probleminin yaxın zamanda həll ediləcəyinə söz verdi: "Hazırda rayon ərazisində 7 artezian quyusu qazılır. Həmin quyuda bizim kəndin də payı var. Gələn ilin yayına kimi həmin artezian quyusu istifadəyə veriləcək və bununla da susuzluğa son qoyulacaq. Rayon ərazisində ən yaxşı su bizim Əlinəzərli kəndindədir. Beyləqanın elə kəndləri var ki, 7000 ev var, amma suyu vedrə ilə daşıyırlar".
Anar Məmmədov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək