Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəb xatirinə dindarlıq, yoxsa...?
5 May 2010 10:54
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mən əksər azərbaycanlıların dini inanclarında səmimi olduğunu düşünmürəm. Həm də təkcə dini inanclarında yox, elə vətənpərvərlik, xeyirxahlıq, qonaqsevərlik kimi psevdo-hisslər də artıq bizdə çoxdan quru pafosdan başqa heç nə ifadə eləmir. Ətrafımız bu cür hisslərin arxasında gizlənib ictimai alver edənlərlə, karyera quranlarla, ümumxalq məhəbbəti qazananlarla doludur.
Xeyirxahlıq bizlərin təbii halıdırsa, onda hansısa imkansız xəstəyə verdiyi dərman pulunu televiziya ekranlarından, qəzet səhifələrindən gözümüzə soxanlar kimlərdir? Axı ən azından böyük çoxluğu, allah qoymasa, müsəlman olan azərbaycanlıların dininə görə, sağ əlin verdiyini sol əl bilməməlidir. Deməli, ortaya özünü reklam etmək, şöhrətpərəstlik, karyera kimi cılız maraqlar çıxanda bizlər üçün bütün dəyərlər, hətta din özü də gedir işinin dalınca.
Bəli, bizdə dinə inam səmimi deyil. Məşhur bir lətifəni yada salın. Gecənin bir aləmi arvad ərini durğuzur ki, "ay kişi, qalx, inək doğur". Kişi alt tuman-köynəkdə qaçır tövləyə. Baxır ki, budu, buzovun başı görünür, arxası gəlmir, inək doğmağa çətinlik çəkir. Buzovu çəkib çıxarmaq üçün qolunu çırmalayır. Qıraqda dayanan arvad dua eləməyə başlayır: "Ya İmam Hüseyn, inək sağ-salamat doğsun, buzovunun bir qolunu kəsib sənin yolunda yetim-yesirə paylayacam". Bir az keçir, inək ha gücənir, kişi ha əlləşir, buzov çıxmır ki, çıxmır. Arvad yenə əlini göyə tutub dua edir: "Ya İmam Hüseyn, inək sağ-salamat doğsun, o biri qolunu da kəsib sənin yolunda yetim-yesirə paylayacam". Bir az da keçir, amma inək doğa bilmir ki, doğa bilmir. Arvad bu dəfə də buzovun başqa bir qolunu kəsib İmam Hüseyn yolunda yetim-yesirə paylayacağını niyyət edəndə kişi dözmür, görür belə getsə buzovdan ona heç nə çatmayacaq, geri çəkilir, əlinin arxası ilə alnının qan-tərini silir, acıqlı-acıqlı deyir: "İş ki belə oldu, onda get imamını çağır, gəlsin inəyi doğuzdursun". Belə lətifələr xalq arasında itinətökdür.
Hələ bu harasıdır? Bir dəfə MTN maraqlı bir məlumat yaydı. Üzərində İmam Əlinin rəsmi olan xalçanın arasından narkotik çıxması haqqında idi o məlumat. Nə qədər absurd, absurd olduğu qədər də məntiqlidir, deyilmi? Axı biz sadəcə, üzdə, üstəlik dəb xatirinə dindar və möminik, o bizim əlimizdə təsbeh və aftafadan, başımızdakı əmmamədən başqa heç nə ifadə eləmir, mahiyyətimizlə tutuşmur.
Amma istənilən halda, dinə münasibətimizin dozasından asılı olmayaraq, bir şey dəqiqdir - dini cəmiyyətin üstünə çıxarmaq, onu ictimailəşdirmək yaxşı heç nə vəd eləmir. Bunun sonu əvvəl-axır şəriət dövlətidir, "yeni İran"dır.
Dinə inam hər kəsin şəxsi işidir, bunu küçəyə, marşrut avtobuslarına, televiziya ekranlarına, qəzet səhifələrinə, universitet auditoriyalarına daşımaq təhlükəlidir. İsa Peyğəmbər deyirdi: "İki şey gizli olmalıdır: yaxşılıq və ibadət". Azərbaycanda isə onlar "Blendamed" reklamından çox gözə girir.
Son vaxtlar kim ağzını açırsa, orta məktəblərdə dinin tədrisinin çox vacib olması (niyə çox vacibdir? - izahı yoxdur) barədə bəyanatlar verir, təkliflər irəli sürür. Əvvəla, guya məktəblərdə riyaziyyatın, kimyanın, fizikanın, nə bilim, fəlsəfənin-zadın tədrisini yarıtmışdıq, qalmışdı din. İkincisi də, lap tutaq ki, təhsildə hər şey qaydasındadır. Din dövlətdən ayrı olduğu kimi, təhsildən də ayrı olmalıdır. Kim övladının dini təhsil almasını istəyirsə, zəhmət çəksin, gedib molla tutsun. O da gəlib evdə Quranla fala baxmağın fəzilətləri haqqında nə qədər istəyir moizə oxusun.
Avropada, Amerikada "dini təhsil" problemini çox sivil qaydada həll ediblər. Bunu istəyənlər üçün bazar günü məktəbləri açılıb və orda din haqqında ümumi təsəvvürlər öyrədilir. Yoxsa ki, Harvard, Oksford, nə bilim, Kembric universiteti hara, keşiş hara?
Elnur Astanbəyli
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bakıda bu ərazilərə avtomobillə giriş ödənişli olacaq - (Video)
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu olacaq: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Azərbaycanda tələbə qəfil öldü
XƏBƏR LENTİ
-
Albert İvanov vəfat etdi
-
"Neftçi" "Araz-Naxçıvan"ı məğlub etdi
-
Bakıda bu ərazilərə avtomobillə giriş ödənişli olacaq - (Video)
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Gürcüstan surroqat analığı qadağan edir
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Messinin komandası öz meydanında darmadağın oldu
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Sabah Bakıda yağış yağacaq
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Tanınmış meyxanaçıların rəqsi gündəm oldu – (Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Xalq artistinin illər əvvəlki görüntüləri yayıldı (Fotolar)