Cəmiyyət

Bakı polisi yeni dərs ilinin başlanması ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb

14 Sentyabr 2010 15:02
Baxış: 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, tədbirlər planı 2010 -2011-ci dərs ilin başlanması ilə əlaqədar paytaxtda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə hazırlanıb. Tədbirlər planına əsasən, 15 sentyabr 2010-cu il tarixdən Bakı şəhərində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində və təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə post-patrul xidmətlərinin yerləşdirilməsi nəzərdə tutulub. Həmçinin yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxt küçələrində avtomobil tıxaclarının qarşısını almaq məqsədilə yol polislərinin ayrılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriləcək. Tədbirlər planına uyğun olaraq, texniki və yanğından mühafizənin vəziyyətini araşdırmaq məqsədilə aidiyyəti qurumların iştirakı ilə bütün təhsil müəssisələrinə baxış keçirilib.

BŞBPİ-dən, həmçinin bildirilib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhərinin bütün rayon polis idarələrində də xüsusi tədbirlər planı hazırlanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.