Cəmiyyət

Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 10 faizə yaxın artıb

28 Avqust 2013 19:24
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin birinci yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2012-ci ilin eyni dövrü ilə müqayisədə 108 130 nəfər və ya 9,9% artaraq 1 196 953 nəfər olub

Trend-in Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onların 418 012 nəfəri Rusiya Federasiyası, 400 542 nəfəri Gürcüstan, 173 861 nəfəri Türkiyə, 70 254 nəfəri İran İslam Respublikası, 8 298 nəfəri Avropa regionu, 125 986 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayında artım MDB ölkələri üzrə 18,7%, Avropa İttifaqı ölkələri üzrə 22,9%, Asiya ölkələri üzrə 7,3%, Afrika ölkələri üzrə 37,5% və Amerika və Avstraliya ölkələri üzrə 19,2% təşkil edib.

Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayında artım 2012-ci ilin eyni dövrü ilə müqayisədə 9,9% olduğu halda, Dünya üzrə beynəlxalq ziyarətçilər və ayrıca Avropa regionuna gələnlərin sayında artım cəmi 5% təşkil edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.