Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhərində və ətraf ərazilərdə aparılan arxeoloji qazıntılar onun tarixinə dair qiymətli faktları üzə çıxarmağa imkan verir. Məhz bu məqsədlə Gəncənin tarixi, milli-mədəni dəyərlərini daha dərindən tətqiq etmək üçün beynəlxalq arxeoloji qrup Gəncədədir. Tural Azəroğlu son zamanlar elmi və ictimai dairələrdə Gəncənin dəqiq yaşı və yeraltı yolları ilə bağlı yaranan suallara cavab tapmağa çalışıb.
Gəncənin necə qədim şəhər olduğunu və tarixən beynəlxalq ticarət yollarının üzərində yerləşən mədəniyyətlər güşəsi olması elmi dairələrdə sübuta yetirilən bir faktdır. Bununla belə şəhərdə bir çox arxeoloji və etnoqrafik tədqiqatların yenidən aparılması olduqca
labüd məsələdir. Elə bunun üçün də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə beynəlxalq arxeoloji qrup Gəncədədir. Ekspedisiya Misir, Türkiyə və ABŞ-dan olan arxeoloq və etnoqraflardan ibarətdir.
AMEA-nın Gəncə bölməsinin direktoru Fuad Əliyev: "Cənab prezident İlham Əliyevə Gəncəyə səfəri zamanı buradaki yeraltı yollar haqqında məlumat verdik. Biz çalışdıq ki, dünyanın aparıcı alimlərini bura dəvət edək ki, bizimlə bu tədqiqatlarda iştirak etsin. İkinci dəfədir ki, Smitson Universitetinin professoru Pol Teylor öz qrupu ilə Gəncədədir. Məqsədimiz odur ki, Gəncənin qədim adət- ənənələrini, tarixi abidələrini daha dərindən tədqiq edək və dünyaya çatdıraq".
Ekspedisiya çərçivəsində Gəncənin qədim tarixi, yeraltı yolları, folkloru və etnoqrafiyası dərindən tədqiq edilir. Gəncənin dəqiq yaşını müəyyən etmək üçün isə tədqiqatları bir çox istiqamətdə aparmaq lazımdır. ABŞ-dan olan qrup Orta Asiyanın bir çox qədim şəhərlərində
analoji elmi- tədqiqat işləri aparıb. Hazırda arxeoloji işlərə cəlb olunan ekspedisiya üzvləri bir neçə gündür ki, tədqiqatlarını davam etdirir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev: "Hazırda bilirsiniz ki, ABŞ-dan arxeoloji qrup Gəncədədir. Smitson Universitetindən 10 nəfərə yaxın heyət hazırda qazıntı işlərini davam etdirir. Əldə etdikləri eksponatları isə ABŞ-da analizə yollayacaqlar. Ondan sonra müttəxəssislər rəy verəcək. Eyni zamanda dünyanın 22 aparıcı muzeylərində bu eksponatlar nümayiş olunacaq və arxeoloji universitetlərdən rəy alınacaq. Tam rəy alındıqdan sonra yekun elmi konfrans təşkil olunacaq".
Xatırladaq ki, bundan öncə də şəhərdə yerli arxeoloqlar tədqiqat işi aparıb və müəyyən edilib ki, Gəncənin ən azı 2500 yaşı var. Yeni tədqiqatlar isə bunun 4000 il olduğunu ortaya qoyur. Bu istiqamətdə araşdırmalar davam etdirilir və son söz bundan sonra deyiləcək.
Həmçinin Gəncənin yeraltı yollarının da araşdırılması istiqamətində işlər aparılır.
Qədim Azərbaycanın "dəmir qapıları" adlanan Dərbəndin beş minə yaxın yaşı var. Bundan belə qənaətə gəlmək mümkündür ki, əgər qədim torpağın qapılarının bu qədər yaşı varsa, ölkənin daxilində, qədim karvan yollarının üzərində yerləşən şəhərlərin də yaşı bundan az olmamalıdır.
Bildirək ki, hazırda Gəncədə olan ekspedisiya hər iki versiyanın üzərində işlər aparır. O cümlədən iki mərtəbəli yeraltı yolların tədqiqi istiqamətində araşdırma aparan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru dünya təcrübəsində belə yolların mövcudluğundan danışır.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin: "Dünya təcrübəsində yeraltı iki mərtəbəli yeraltı yollar mövcuddur. Bu yollar Roma, Yunan şəhərlərində və digər qədim şəhərlərdə bu günə kimi qorunub saxlanılmaqdadır. Düşünürəm ki, qədim Gəncə kimi şəhərdə də bu yollar mövcuddur. Bunun üçün də arxeoloji qrup şəhərinizdədir.
Onlar Gəncənin tarixini dərindən tədqiq edəcək. Sonda isə yekun qərarı vermək mümkün olacaq".
Qeyd etdiyimiz kimi, son zamanlar Bakı və Gəncənin alim kontigentinin haqqında diametral səsləndirdiyi fikirlər və uzun müddətdir ki ictimaiyyətdə də mübahisə predmetinə çevrilən yeraltı yollardır. Bunun mövcudluğunu yerli elm adamları təkidlə təsdiqləyir və bu fakt heç bir tənqidi qəbul etmir. Bu tunellər şəhərin üç istiqamətinə apararaq, Yeni Gəncə yaşayış massivini İmamzadə kompleksi ilə birləşdirir. Tədqiqatçılar əmin edirlər ki, tarixi reallığı üzə çıxarmaqdan ötrü bütün vasitələrdən istifadə olunacaq.
AMEA-nın Gəncə bölməsinin direktor müavini Samir Pişnamazzadə: "Ümumi
alimlər bu qənaətə gəliblər ki, şəhərin yerləşdiyi strateji mövqe daimi hücumlara məruz qalıb. Bilirik ki, Gəncə şəhəri Cənubi Qafqazı qərbə çıxaran strateji əhəmiyyətli yerdə yerləşir. Ona görə yürüşlər zamanı qorumaq məqsədi ilə və ərzaq saxlamaqdan ötrü iki, hətta üç mərtəbəli yeraltı yollar inşa edilib. Bu yollar tağlı şəkildə tikilib və fayton yolu kimi də istifadə olunurdu. Qeyd etmək istəyirəm ki, bu yollar Aran memarlıq üslubuna aiddir".
Bildirək ki, artıq ekspedisiya tədqiqatlara start verib. Tədqiqatçılar Gəncənin qədim ərazisi, İmamzadə Dini Kompleks, Şah Abbas məscidi, Tarix Diyarşünaslıq Muzeyi və Comərd Qəssab Türbəsinə baxış keçirib. Adıçəkilən obyektlərin də tədqiqi ümumi işin eskolasiyasına müsbət təsir göstərəcək. Xatırladaq ki, indiki "Şəhər burnu" adlandırılan yer, başqa sözlə desək, Gəncənin qədim ərazisində vaxtilə şəhərin olması haqqındakı ən qədim məlumatlara romalıların IV əsrdə tərtib etdikləri xəritədə rast gəlinir. Məhz bu tarixi dəlil arxeoloji ekspedisiyanın tədqiqatının başlanğıc nöqtəsi hesab edilir. Hazırda isə Göygöl
rayonunun Zurnabad ərazisində düşərgə salan arxeoloji qrup qazıntı işlərini davam edir. Aşkar olunan bütün tarixi eksponatlar kimyəvi, bioloji analizlərdən keçirilərək yaşı müəyyən olunacaq.
Bildirək ki, arxeoloji qazıntılar Gəncənin antik dövrünə qədər olan tarixi əhatə edir. Bunun nəticəsində Gəncənin daha qədim tarixə malik olduğunu sübut etmək nəzərdə tutulub. Bu mümkün olacaq, yoxsa yox, bunu zaman və gərgin elmi işlər göstərəcək.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gəncənin qədim tarixi, yeraltı yolları, folkloru və etnoqrafiyası yenidən tədqiqata cəlb olunub
5 May 2013 18:21
Baxış: 987

DİGƏR XƏBƏRLƏR
-
Bakıda fantastik qiymətə gilas SATILIR
-
Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO
-
“Soyuqda həyətə çıxarıb üzərinə su tökürdü, başını yerə çırpırdı” - Bakıda DƏHŞƏT
-
Azərbaycanda baş müəllim VƏFAT ETDİ - FOTO
-
Bakıda 15 yaşlı qıza toy etdilər
-
Günün qoroskopu: heç nə səni sarsıda bilməz
XƏBƏR LENTİ
-
“Yango"nun taksisi köşkə ÇIRPILDI - VİDEO
-
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
-
Bu 5 əlamət varsa, maşınınız tezliklə ustaya düşəcək
-
Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib
-
"Mənə bata bilməyəcəksiniz" - kanalın işçilərini İFŞA ETDİ
-
Fotosunu çəkdiyi qızları Yamal belə ALDATDI - VİDEO
-
Açıq-saçıq geyimdə metroya minib ona baxan kişiləri belə ifşa etdi - VİDEO
-
Bakıda fantastik qiymətə gilas SATILIR
-
Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox təsir edir
-
Xalq artistinin toyda rəqsi QINANDI - VİDEO
-
“Kurtlar Vadisi”nin aktrisasından üzücü XƏBƏR – FOTO
-
Zukerberqin 20 il əvvəlki sözləri başına bəla oldu
-
Toyda bəyin hərəkəti gəlinin xoşuna gəlmədi - elə reaksiya verdi ki... - VİDEO
-
Körpənizi havaya atıb-tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar
-
“Soyuqda həyətə çıxarıb üzərinə su tökürdü, başını yerə çırpırdı” - Bakıda DƏHŞƏT
-
Hamını özünə güldürdü: "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
-
"Mənə çiyin atan qız deyirdilər"
-
Ərdoğandan Putinin təklifinə REAKSİYA
-
Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... - VİDEO
-
"Qarabağ" 10 pillə İRƏLİLƏDİ
-
Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür
-
Kaleriya Kislova vəfat etdi
-
"Deyir ki, yaxşı pulu var, təriflə, hörmət edəcək, o səviyyəsizin verilişinə niyə gedirdim ki..."
-
7 mindən çox şagird imtahan verdi - YENİLƏNİB