Həm də söhbəti o qədər təbii və səmimi qurun ki, uşağınız sizin ona qiymət verdiyinizi, onu böyük adam kimi qəbul etdiyinizi hiss etsin. Siz o uşağın sözündən bir şey götürməsəniz də, hər halda uşağın tərbiyəsində mühüm bir addım atmış olarsınız.
İnsanın sahib olduğu ən böyük nemət Allahın verdiyi ağıldır. Qurani-Kərimdə bizə xeyirin, uğurun istiqaməti dönə-dönə göstərilir: təfəkkür etmək, təfəkkür etmək, təfəkkür etmək... Yəni insan ağlının işığında öz ehtiyaclarını axtarsa, istədiyinə nail ola bilər. İstər fərd üçün olsun, istər ailə üçün, istərsə də hər hansı bir kollektiv və ya cəmiyyət üçün, başqalarının fikrini öyrənmək, məşvərətlə qərar çıxarmaq həmişə faydalıdır. El arasında söz var: ağıl ağıldan üstündür. Yəni hər kəs məsələyə öz prizmasından münasibət bildirir və nəticədə həqiqət ortaya çıxır.
Dünyanın ən məşhur iş adamlarından bəhs edən bir kitabda bildirilir ki, bu adamları birləşdirən ortaq nöqtə onların məşvərətlə qərar qəbul etmələridir. Həmin məşhurlardan biri etiraf edir ki, idarəsindəki çayçı ilə də fikir mübadiləsi aparır və hətta vurğulayır ki, bəzi məsələlərdə əsas "ideyanı" elə o cür sadə insanların fikirlərindən alır. Əslində bütün iclaslar, müşavirələr fikir mübadiləsindən başqa bir şey deyil, ancaq bunlar "protokol qaydalarına" çevriləndə ortada məşvərət qalmır.
Ailə məsələlərində də məşvərət çox vacibdir. Hətta sübut edirlər ki, məşvərətlə verilən qərar ailəyə bərəkət gətirir. Siz hər hansı məsələni təkcə həyat yoldaşınızla yox, uşaqlarınızla da müzakirə etməyə çalışın. Həm də söhbəti o qədər təbii və səmimi qurun ki, uşağınız sizin ona qiymət verdiyinizi, onu böyük adam kimi qəbul etdiyinizi hiss etsin. Siz o uşağın sözündən bir şey götürməsəniz də, hər halda uşağın tərbiyəsində mühüm bir addım atmış olarsınız. Əvvəla, o uşaq özünü ciddi, sanballı adam hesab edər, ən başlıcası ağlını işlədər, düşünər və məşvərət əxlaqını qəbul edər.
Özünü bəyənən, xudbin adamlar məşvərəti sevmirlər. Ona görə də, bu cür adamlar həmişə son nəticədə əliboş qalırlar.
Ailə problemlərinin həllində məşvərətin bir faydası da ondadır ki, hamının ortaq fikri ilə görülmüş iş sonradan narazılığa səbəb olmur, lap o iş səhv olsa belə, hamı o səhvlə barışır və başqasını ittiham etmir. Məşvərət ailədə həmrəylikdir, səmimiyyətdir, məsuliyyəti bölüşməkdir, düşünmək vərdişidir, qarşı tərəfə hörmətdir, başqalarını dinləyə bilmək qabiliyyətidir. Ona görə də, ailələrdə bir çox məsələlərin hamının iştirakı ilə məşvərət edilməsi vacibdir.
Məşvərətdə bərəkət var. Həyat yoldaşınız kimi, uşaqlarınızla da məşvərət edin. İnanın ki, çox şey qazanacaqsınız.
"Zaman Azərbaycan"
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
İnsanın sahib olduğu ən böyük nemət nədir?
5 May 2013 18:58
0 Şərh
Baxış: 770

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: real addımlar sabaha saxlanılsın
-
Nişanda qayınananın gəlinə hərəkəti GÜNDƏM OLDU - VİDEO
-
"Xəyanətə görə 25 il türmədə yatmaq istəyirsənsə..." - VİDEO
-
Toyda qayınata gəlini qucağına aldı - TƏNQİD OLUNDU - VİDEO
-
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
-
Kirayə ev bazarında qıtlıq və bahalaşma
XƏBƏR LENTİ
-
Bermud üçbucağının sirri açıldı - Dəniz canavarları, yadplanetlilər və...
-
Azərbaycanda çaqqallar kəndə hücum etdi: yaralananlar var
-
Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüatlar - FOTOlar
-
Bu 4 bürcü xüsusi bir gün gözləyir: Sürprizlər və aydınlıqlar zamanı
-
DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək
-
Şəhərin mərkəzində açıq-saçıq geynən qıza görə dava düşdü - VİDEO
-
Uşaqlar çimərlikdən qaçır - dənizanası sancmaları artdı - FOTO
-
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
-
Türkiyə bu tarixlərdə "qovrulacaq" - Azərbaycanda da 55° isti gözlənilirmi?
-
Diş fırçasını islatmaq olmaz – Həkimlərdən xəbərdarlıq
-
Qarabağ Universitetində oxumaq istəyənlərin nəzərinə!
-
Gündə nə qədər çərəz yemək olar?
-
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi - FOTO
-
Noxud ağciyərlərə inanılmaz FAYDASI
-
Ronaldonun sevgilisi çimərlik geyimi ilə "nəfəs kəsdi", brilliantı isə... - FOTOlar
-
Sağlamlıq üçün nektarin yeyilməlidir
-
Günəş altında yanmamağın ən effektiv yolu
-
Putin niyə Alyaskanı seçdi?
-
Günün qoroskopu: real addımlar sabaha saxlanılsın
-
İlham Əliyev Paşinyandan niyə qələmi götürməsini istədi? - Jestin tarixçəsi
-
Əməliyyatdan çıxanlara nə yemək olar?
-
Çində magistrı yenicə bitirib qayıtmışdı - Qəzada öldü - FOTO
-
Bu məhsulları soyuducuda saxlamaq olmaz
-
Natanyahu Azərbaycan xalqını təbrik edib