Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xütbə nədir?
9 Aprel 2013 16:28
0 Şərh
Baxış: 10 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az İslam.az-a istinadən bildirir ki, xütbə söyləyən şəxsə xətib deyilir. Həmçinin bəlağətli danışığı olan, gözəl xütbə söyləyən adama da xətib deyirlər.
Həzrət Mühəmməd Peyğəmbər (s) istər məsciddə, istərsə də sair yerlərdə (məsələn, həcc ziyarətində, hərbi səfərlərdə və s.) müsəlmanlar qarşısında xütbə söyləmişdir. Bu zaman o, bəzən uca bir təpənin üstünə qalxır, bəzən ağac kötüyünə dirsəklənir, bəzən də dəvə kəcavələrindən düzəldilmiş yüksəkliyin üstündə dururdu.
Sonralar Mədinə məscidində Peyğəmbər üçün minbər hazırladılar və o, məsciddə olanda xütbələri minbərdən söyləməyə başladı. Peyğəmbərimiz xütbəni uca və aydın səslə, sözləri dəqiq tələffüz etməklə söyləyirdi. Camaatın yorulmaması üçün xütbəni çox uzatmazdı. Bəzən ehtiyac yarandıqda xütbəni kəsib minbərdən enər və sonra yenidən minbərə qalxıb xütbəni davam etdirərdi. Məsələn, minbər üstündə xütbə oxuyarkən aşağı enib, nəvələri Həsənlə Hüseyni (ə) özü ilə minbərə qaldırmış, sonra xütbəsinin ardını söyləmişdi. Peyğəmbərin xütbələri İslam dininin əqidə əsaslarına, müsəlman əxlaqına, şəriət hökmlərinə, eləcə də, günün aktual dini-siyasi hadisələrinə həsr edilirdi.
Bu ənənə sonrakı dövrlərdə xəlifələr tərəfindən də davam etdirilmişdir. Xilafət ərazisindəki məscidlərdə xütbələri xəlifənin təyin etdiyi imam-cümələr və valilər söyləyirdilər. Bir qayda olaraq, bu xütbələrdə xəlifənin adı çəkilir və onun hökumətinin davamlı olması üçün dualar edilirdi. Xəlifənin adına xütbə oxumaq - onun hakimiyyətini qəbul etmək, xəlifənin adını xütbədən çıxarmaq isə ona tabesizlik elan etmək mənasını verirdi.
Cümə namazından əvvəl xütbə söyləmək bütün məzhəblərdə fərzdir. Ramazan və Qurban bayramlarının namazından sonra isə eyni qayda ilə iki xütbə söyləmək müstəhəbdir. Cümə namazından qabaq imam-cümə ayaq üstə durmuş halda bir-birinin ardınca iki xütbə oxumalıdır. Xütbələr Allaha həmdü-səna, kəlmeyi-şəhadət cümlələri, Peyğəmbərə və nəslinə salavatla başlamalıdır. Hər iki xütbədə imam-cümə müsəlmanları təqvalı olmağa (Allahdan qorxmağa) çağırmalı, Qurani-kərimdən kiçik bir surə oxumalıdır. Yaxşı olar ki, xütbənin məzmunu həmin ölkə müsəlmanları üçün mühüm olan məsələlərə, əxlaq, iman və şəriət qaydalarına yaxud da təqvim üzrə həmin günə uyğun olan mövzuya həsr olunsun. Məsciddəkilər xütbəyə diqqətlə qulaq asmalıdırlar. Xütbələrdən dərhal sonra cümə namazı qılınır.
İmam Rza (ə) cümə xütbəsinin əhəmiyyəti barədə buyurub: "Cümə günü xütbə oxumağın vacib olmasının səbəbi budur ki, həmin gün camaat (namaza) toplaşır. Allah istəyir ki, müsəlmanların rəhbəri bu imkandan faydalansın, adamlara nəsihət versin, onları Allaha itaət etməyə həvəsləndirib günahdan çəkindirsin. Dini və dünyəvi həyatları üçün Allahın məsləhət bildiklərini insanlara başa salsın, dünyanın hər güşəsində baş verən yaxşı və pis hadisələrdən onları xəbərdar etsin".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
-
Tanınmış vəkil vəfat etdi
-
“Muradı mən yoldan çıxardım”
-
Adi routerlər hərəkətlərinizi izləyə bilər
-
Bakıda güclü küləklə bağlı XƏBƏRDARLIQ
-
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO