Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəstəmaz alarkən hansı duaları oxumaq gərəkdir?
7 Mart 2013 18:13
0 Şərh
Baxış: 28 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunları əzbərləyə bilməyən adam ya tərcüməsini söyləyə, ya da bildiyi başqa duaları söyləyib salavat deyə bilər.
Milli.Az İslam.az-a istinadən bildirir ki, dəstəmaz almağa başlayan adamın gözü suya sataşanda (yəni dəstəmaz almaq üçün özünə su hazırlayanda):
"Bismillahi və billah. Vəl-həmdü lillahil-ləzi cəələl-maə təhurən və ləm yəc'əlhu nəcisa".
Tərcüməsi: "Allahın adı ilə və Allahla. Suyu pak yaradan və onu murdar qərar verməyən Allaha həmd olsun".
Dəstəmazdan əvvəl əlləri yuyanda:
"Allahümməc'əlni minət-təvvabinə və minəl-mütətəhhirin".
Tərcüməsi: "İlahi, məni tövbə edənlərdən və paklardan biri et".
Ağızı yaxalayarkən (bu, cəfəri məzhəbində müstəhəbdir, vacib deyil):
"Allahümmə ləqqini hüccəti yövmə əlqakə və ətliq lisani bi-zikrək".
Tərcüməsi: "İlahi, Səninlə görüşdüyüm gün (qiyamətdə) mənə möhkəm sübutlar təlqin et və dilimi Sənin zikrinlə məşğul et".
Burunu yaxalayanda (bu da cəfəri məzhəbində müstəhəbdir):
"Allahümmə la tühərrim əleyyə riyhəl-cənnəti vəc'əlni mimmən yəşummu riyhəha və rəvhəha və tiybəha".
Tərcüməsi: "İlahi, cənnətin ətrini mənə haram etmə. Məni cənnətin ətrini, mehini və paklığını duyanlardan qərar ver".
Üzü yuyanda:
"Allahümmə bəyyiz vəchi yövmə təsvəddü fihil-vücuh. Və la tüsəvvid vəchi yövmə təbyəzzü fihil-vücuh".
Tərcüməsi: "İlahi, sifətlər (xəcalətdən və ya əzabdan) qaraldığı gün (yəni axirətdə) mənim üzümü ağart. Sifətlər (şadlıqdan) ağardığı gün mənim üzümü qaraltma".
Sağ qolu yuyanda:
"Allahümmə ə'tini kitabi bi-yəmini vəl-xüldə fil-cinani bi-yəsara və hasibni hisabən yəsira".
Tərcüməsi: "İlahi, qiyamətdə əməl dəftərimi sağ əlimə, cənnətdə qalacağım barədə vəsiqəni sol əlimə ver, hesabımı yüngül et".
Sol qolu yuyanda:
"Allahümmə la tu'tini kitabi bi-şimali və la min vərai zahri və la təc'əlha məğlulətən ila ünüqi və əuzü bikə min müqəttəatin-niyran".
Tərcüməsi: "İlahi, qiyamətdə mənim əməl dəftərimi sol tərəfimdən və ya arxadan vermə, onu boynumdan da asma (çünki bunlar günahkarlara aiddir). Cəhənnəmin alovundan Sənə sığınıram".
Başa məsh çəkəndə:
"Allahümmə qəşşini bi-rəhmətikə və bərəkatikə və əfvikə".
Tərcüməsi: "İlahi, məni öz mərhəmətinə, bərəkətinə və əfvinə bürü".
Ayaqlara məsh çəkəndə:
"Allahümmə səbbitni ələs-sırati yövmə təzillü fihil-əqdam. Vəc'əl sə'yi fi ma yürzikə ənni ya zəl-cəlali vəl-ikram".
Tərcüməsi: "İlahi, ayaqlar büdrədiyi zaman məni sırat körpüsünün üzərində sabitqədəm (möhkəm) et. Səylərimi Sənin məndən razı qalacağın işlərə yönəlt, ey cəlal və kərəm sahibi".
Dəstəmazı bitirəndən sonra bu duanı oxumaq müstəhəbdir:
"Allahümmə inni əs'əlükə təmamil-vüzui və təmaməs-səlati və təmamə rizvanikə vəl-cənnəh".
Tərcüməsi: "Ilahi, Səndən kamil dəstəmaz almaq, kamil şəkildə namaz qılmaq üçün yardım istəyir, Sənin razılığını və cənnəti diləyirəm".
Bundan sonra "Əl-həmdü lillahi rəbbil-aləmin" söyləmək və üç dəfə Qədr surəsini oxumaq da müstəhəb sayılır.
Əhli-sünnə məzhəbinə görə dəstəmaz zamanı oxunması müstəhəb olan duaların bir qismi cəfəri məzhəbindəki dualara oxşardır. Məsələn, üzü, qolları və ayaqları yuyarkən oxunan duaların mənaları yaxındır, arada yalnız bəzi söz fərqləri və ixtisarlar mövcuddur.
Ağıza su alarkən:
"Allahümmə əinni əla tilavətil-Qur'ani və zikrikə və şükrikə və hüsni ibadətik".
Tərcüməsi: "İlahi, Quran oxumaqda, Səni zikr etməkdə, Sənə şükr etməkdə və Sənə ən yaxşı şəkildə ibadət etməkdə mənə yardımçı ol".
Buruna su alarkən:
"Allahümmə ərihni rayihətəl-cənnəti vərzuqni min nəimiha".
Tərcüməsi: "İlahi, mənə cənnətin ətrini qoxulatdır və cənnət nemətlərini dadızdır".
Başı məsh edərkən:
"Allahüməc'əlni minəl-ləzinə yəstəmiunəl-qövlə fəyəttəbiunə əhsənəh".
Tərcüməsi: "İlahi, məni söz eşidənlərdən və sözlərin ən yaxşısına tabe olanlardan qərar ver".
Boyunu məsh edərkən:
"Allahümmə ə'tiq ünüqi minən-nar".
Tərcüməsi: "İlahi, boynumu cəhənnəm alovundan qoru".
Əhli-sünnə məzhəbindəki hədislərə görə də, dəstəmaz aldıqdan sonra Qədr surəsini oxumağın və Peyğəmbərə salavat söyləməyin xeyli savabı var.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bayrama yaxın heyvan QİYMƏTLƏRİ
-
Artıq taksilərdə də "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
-
Masazır sakinləri pis qoxudan şikayətçidir - Çirkab suları Duz gölünə axıdılır?
XƏBƏR LENTİ
-
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
-
Arvadı Makronu təyyarədə sillələdi
-
Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib
-
Bayrama yaxın heyvan QİYMƏTLƏRİ
-
Ərdoğan Qazaxıstana getdi
-
Artıq taksilərdə də "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
-
Vaşinqtonun İran planı məlum oldu
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Adnan Şensesin qızı vəfat etdi - FOTO
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
"Ziraat Bank Azərbaycan" istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
-
Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi - VİDEO
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
-
"Liverpul"da yeni mövsüm üçün baş məşqçi QƏRARI
-
Masazır sakinləri pis qoxudan şikayətçidir - Çirkab suları Duz gölünə axıdılır?
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Röya qaçhaqaçda! - VİDEO
-
AFFA Region Liqasının final oyununun vaxtı açıqlandı
-
Hava kəskin DƏYİŞİR: Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
64 yaşlı müğənninin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO
-
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTO
-
"Hədiyyələr alıb, soyunmağa məcbur edirdi" - Maykl Ceksonun "gizli ailəsi" danışdı - FOTO
-
Sabah 2 rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK
-
Mourinyonu “Real”ın baş məşqçisi kimi görmək istəmir