Bunu Trend-in sorğusuna cavabında spirtli içki qəbul edərək avtomobili idarə edən sürücülərin dərhal sürücülük hüququndan məhrum edilməsi ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliyə dair bəzi KİV-lərdə yayılan məlumatı şərh edərkən Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
"İnzibati Xətalar Məcəlləsinə edilmiş sonuncu əlavə və dəyişikliyə görə, 152-1.1-ci maddəsinə müvafiq olaraq, sürücünün 300 manat miqdarında cərimə olunması və ya onun sürücülük hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur", - Əliyev bildirib.
"Lakin İnzibati Xətalar Məcəlləsinin 152-1.2-ci maddəsinə əsasən, sürücü sərxoş vəziyyətdə həmin Məcəllənin 151.2 və ya 151.3-cü maddələrdə nəzərdə tutulmuş xətaları törədərsə, onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 400 manatdan 500 manatadək miqdarda cərimə edilir", - o qeyd edib.
Onun sözlərinə görə, bu qanun artıq ötən il dekabrın 1-dən qüvvədədir.
Əliyevin sözlərinə görə, qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, bu xətalara görə qərar yalnız məhkəmələr tərəfindən çıxarıla bilər.
Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, layihənin müəllifi Rafael Cəbrayılov bəzi KİV-lərə açıqlamasında bildirib ki, Azərbaycanda spirtli içki qəbul edərək avtomobili idarə edən sürücülər dərhal sürücülük hüququndan məhrum ediləcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsinə dəyişiklik ediləcək.
"Ola bilsin, hörmətli deputatımız 151-ci maddəyə diqqət yetirməyib. Çünki 151-ci maddə, ümumiyyətlə, sərxoşluqla əlaqəli deyil, 152-1.1-ci maddənin tələblərinə görə isə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən sürücünün elə birinci dəfədən də sürücülük hüququ məhdudlaşdırıla bilər", - Kamran Əliyev bildirib.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda sürücülər hansı hallarda sürücülük vəsiqəsindən məhrum edilirlər?
11 Fevral 2013 18:34
Baxış: 7 484

DİGƏR XƏBƏRLƏR
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
-
Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”
-
Bu gün bu avtobuslar pulsuz olacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb - FOTO
-
Günün qoroskopu:
-
Bayramda rayona gedənlərin DİQQƏTİNƏ
XƏBƏR LENTİ
-
Millimiz Qazaxıstanı məğlub etdi
-
Bu qan qrupundan olan insanlara pis xəbər
-
Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etdi
-
“Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir - FOTO
-
Fransalı nazirdən qeyri-etik hərəkət – VİDEO
-
Bu qablar xərçəng yaradır - XƏBƏRDARLIQ
-
Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata
-
Qurban bayramında rayonlara turist axını - Kirayə evlərin qiyməti artıb?
-
"Bakı axşamı dostlar əhatəsində" konserti keçiriləcək
-
Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər
-
Sürücülərin nəzərinə!
-
“Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək
-
Tom Kruzdan yeni rekord: Yanan paraşütlə Ginnesə düşdü!
-
Toyda döyülmüşdü - 9 gün sonra öldü - VİDEO
-
Bu ixtisaslara qəbul olmaq asandır - SİYAHI
-
Tovuzda ruhi-əsəb xəstəsi anasını öldürdü, bacısını yaraladı - Daha sonra evlərini yandırdı
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
-
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO - FOTO
-
Boksçumuz Qazaxıstanda bürünc medal qazanıb
-
Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı
-
“Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu - FOTO
-
İlon Mask ABŞ-da yeni siyasi partiya ideyasını gündəmə gətirdi
-
3 avtomobil toqquşub, sərnişin sıxılı vəziyyətdə qalıb - FHN - VİDEO
-
Həmin qəzada şəhid qardaşı da həyatını itirib - FOTO