Ötən 2012-ci il Azərbaycan Diplomatik Akademiyası (ADA) üçün çox uğurlu olub.
Həmin il sentyabrın 21-də ADA-nın yeni tədris kompleksi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin açılış mərasimində iştirak edib, Akademiyanın müəllim-professor heyəti, tələbələri, eləcə də Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsinin iştirakçıları qarşısında çıxış edib.
ADA-dan AzərTAc-a bildiriblər ki, yeni kompleksdə biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana tikilib. Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir. Bu məqsədlə Akademiyanın ərazisində ayrıca geotermal enerji sistemi qurulub.
Sentyabrın 26-dan 30-dək ADA-nın təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər institutlarının rektor və dekanlarının 40-cı Ümumdünya Forumunu keçirilib. Forumda təxminən 60 ölkədən 90-dan çox rektor və dekan iştirak edib.
Ötən il ADA-ya bakalavr pilləsi üzrə yeni 160, magistr pilləsi üzrə isə 30 tələbə daxil olub. Akademiyada tələbələrinin təhsil aldıqları xarici ölkələrin sayı 19-dan 22-yə çatıb. Onlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilən beynəlxalq təqaüd hesabına təhsil alırlar.
Həmin il ARDNŞ-nin maliyyə yardımı ilə Xəzər Enerji və Ətraf Mühit Mərkəzi yaradılıb. Mərkəz əsasən enerji və ətraf mühit məsələləri ilə bağlı araşdırmalar aparır, nəşrlər hazırlayır. Mərkəz regionun aparıcı enerji şirkətləri ilə birlikdə seminarlar və konfranslar da təşkil edir.
"Executive" təhsil proqramı əfqanıstanlı dövlət qulluqçuları üçün ADA-da qanunun aliliyi və demokratiya mövzusunda təlimlərin keçirilməsi, yerli və xarici nümayəndələrin iştirakı ilə enerji məsələlərinə dair yay məktəbinin təşkili, azərbaycanlı dövlət qulluqçuları üçün Avropa İttifaqı araşdırmaları haqqında Cin Monet kurslarının aparılması kimi uğurlu layihələri davam etdirib.
2012-ci ildə ADA-nın tələbələri Türkiyə və Gürcüstan da daxil olmaqla bir neçə regional ölkəyə səfərlər edib, Azərbaycanın NATO-dakı nümayəndəliyinin dəstəyi ilə Brüsseldə Alyansın baş qərargahında olublar. Bir neçə tanınmış şəxs, o cümlədən NATO-nun baş katibi Anders Foq Rasmussen, Latviyanın Baş naziri Valdis Dombrovskis, Fransa Xarici işlər Nazirliyinin Kontinental Avropa İdarəsinin rəhbəri Erik Fournier və başqaları ADA-da mühazirə oxuyublar.
Ötən ildə ADA regional məsələlərlə bağlı məqalələrin yer aldığı iki həftədən bir çıxan analitik "Azərbaycan dünyada" jurnalının nəşrini davam etdirib. ADA, həmçinin "Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi" adlı kitabı nəşr etdirib.
Həmin il Ankarada fəaliyyət göstərən Yaxın Şərq Texniki Universitetində azərbaycanlı və türk doktorantlarının araşdırma seminarı təşkil edilib. Bu seminarın nəticəsi olaraq ABŞ-ın və Avropanın aparıcı universitetlərindən bir neçə azərbaycanlı fəlsəfə doktoru ADA-da işləməyə dəvət edilib.
2012-ci ildə ADA İspaniyanın, Qətərin, Perunun, Serbiyanın, Mərakeşin Diplomatik akademiyaları, Latviyanın Vytautas Magnus universiteti də daxil olmaqla xarici ali təhsil ocaqları ilə 8 Qarşılıqlı Anlaşma Memorandumu imzalayıb və Aİ-nin "Erasmus Mundus" proqramına qoşulub. Maastrixt İdarəetmə İnstitutu ilə "Executive MBA"ya dair xüsusi ikili dərəcə proqramının imzalanması istiqamətində işlər davam etdirilir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ötən il Azərbaycan Diplomatik Akademiyası üçün çox uğurlu olub
3 Yanvar 2013 18:15
Baxış: 599

DİGƏR XƏBƏRLƏR
-
Bakı metrosunda veyp xəbərdarlığı
-
Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA
-
Günün qoroskopu: Cəsarətli olun
-
Stomatoloqların DİQQƏTİNƏ: Pul qalmaqalına TƏBİB-dən CAVAB
-
Elektrik və hibrid avtomobillər bahalaşacaq? - Güzəşt müddəti bitir
-
Tıxacda qalan maşına dayanma-durma cəriməsi yazıldı - FOTO
XƏBƏR LENTİ
-
"Qarabağ"ın bombardir hədəfi – Manfredas Ruzgis yoldadır! - FOTO
-
AMB yeni məzənnələri açıqladı: Avro ucuzlaşdı, rubl bahalaşdı, dollar isə...
-
Arda yeni klubunda bu qədər maaş alacaq
-
Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı - VİDEO
-
Bu ixtisaslarda keçid balı qalxacaq - AÇIQLAMA
-
“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” - VİDEO
-
Talıb yeni doğulan qızı ilə - FOTO
-
Bakı metrosunda veyp xəbərdarlığı
-
Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA
-
Niyə Venera digər planetlərdən fərqli olaraq əks istiqamətə fırlanır?
-
Röya Ayxan qırmızı xalıda - VİDEO
-
Gündəlik saçını düzləşdirən xanımların NƏZƏRİNƏ: Bu xəstəliyi tapa bilərsiz
-
Bu telefonların ömrünə cəmi 10 gün qalıb – Tarixə qovuşurlar - SİYAHI
-
Ev sahiblərini heyran edən 8 ağıllı kağız dəsmal fəndi
-
Məşhur müşənni bu yayın trendini göstərdi - Bu ətəklər yenidən dəbdədir - FOTOlar
-
Körpə kimi yatın: Sehr kimi təsir edən təbii vasitə
-
"Google"dan ciddi xəbərdarlıq: "Bu mesajı açmadan dərhal silin" - FOTO
-
"Anam məni ziyana saldı, bu yaşımda banka borc ödəyirəm"
-
Avropa Liqasının rəmzi komandası açıqlandı
-
İlon Mask: Gələn aydan sürücüsüz taksilər istifadədə olacaq
-
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası - yenilənib
-
Canlı efirə müğənninin elə FOTOsunu göndərdilər ki... - studiyadan getdi - VİDEO
-
Günün qoroskopu: Cəsarətli olun
-
Stomatoloqların DİQQƏTİNƏ: Pul qalmaqalına TƏBİB-dən CAVAB