Cəmiyyət

Böyrəklərimizi təhdid edən bəla

26 Noyabr 2012 19:40
34 Şərh     Baxış: 115 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sistit sidik kisəsinin bakterial iltihabıdır. Bu xəstəlik son zamanlar geniş yayılıb. Xəstəlik barədə həkim, həkim-uroloq, androloq Seymur Mehtiyev danışır.

- Sistitlə birlikdə sidik - cinsiyyət yollarının iltihabı olur. Normada sidik kisəsində, sidikdə bakteriya olmaz. E.Coli, stafilokoklar, streptokoklar kimi bakteriyalar sidik axarı vasitəsilə sidik kisəsinə keçirlər. Normal olaraq bu bakteriyalar qalın bağırsaqda olurlar və alt sidik yollarına keçən bakteriyalar sidik ifrazı ilə bədəndən uzaqlaşdırılır. Ancaq bakteriya sayı çoxaldıqda və ya atılması mümkün olmadıqda sidik kisəsi və böyrəklərdə iltihaba səbəb olur.

Hər hansı bir patologiya nəticəsində bakteriyalar sidik kisəsinə keçir və sistit yaranır. Qadınlarda sidik axarı qısa olduğu üçün sistit daha çox rastlanır. Sidik axarının tıxanması nəticəsində sidik kisəsində sidik yığılır və sistit yaranması üçün şərait yaranır.

Vaxtında müalicə edilməzsə, xəstəlik xronikləşə bilər, böyrəklərə yayıla bilər və böyrək-sidik kisəsində zədələnmələrə gətirib çıxara bilər.

Bakterial sistitlər 20-40 yaş arası gənc qadınlar arasında daha çox rast gəlir. Hər 5 qadından biri həyatının hər hansı bir dövründə 1 dəfə də olsa, sistitdən əziyyət çəkmişdir. Qadınlarda sistitin sıx görülmə səbəbi sidik axarının qısa olmasıdır.

Sistitə səbəb olan risk faktorları:
Sidik ifrazını çətinləşdirən vəziyyətlər ( sidik yollarında daş, şiş, yad cisim və.s.), gigiyenik qaydalara riayət etməmək, səkərli diabet, hamiləlik, yaşlılıq, qaydasız cinsi əlaqə ( yeni evlənənlərdə daha çox göründüyü üçün , buna"bal ayısistiti" deyilir), menopauza, kişilərdə prostat,sidik kanalı xəstəlikləri.

ƏLAMƏTLƏRİ

Dizuriya- Sidik ifrazı zamanı yanma, qaşınma hissi. Yanma hissi sidik ifrazından sonra da davam edir.
Pollakuriya- tez tez və az sidik ifrazı
Tez-tez sidik ifraz etmə hissi
Tam boşalmama hissi
Bulanıq, pis iyli sidik ifrazı
Disparoniya- Cinsi əlaqə zamanı ağrı hissinin olması
Hematuriya- sidikdə qan olması
Qasıq və göbək altı bölgədə ağrı
Temperatur
Tərləmə
Yorğunluq
Qusma və ürəkbulanma

DİAQNOZU

Uroloq xəstənin şikayətləri və testlərə əsaslanaraq diaqnoz qoyur. Bu testlər sidik analizi, sistoskopiya (xüsusi alətlə sidik axarı və sidik kisəsinin görüntülənməsi) və vena daxili pieloqram adlanan xüsusi bir retgen çəkilməsi.
İltihaba səbəb olan bakteriyanı müəyyən etmək üçün sidik əkilməsi lazım ola bilər.

SİSTİTİN MÜALİCƏSİ

Sistitlər, onar oti xəstəlik olduqları üçün antibiotiklərlə müalicə edilir. Müalicəyə başlamazdan əvvəl sidik analizi, əkilməsi, müvafiq onar otic seçilməsi və urotea çayı qəbul etmək vacibdir. Xroniki sistitlərdə müalicə uzun müddətli ola bilər.
Sistit zamanı müalicəvi pəhriz
Ümumi qəbul edilən qidanın, həmçinin yağlı və duzlu qidanın həcmini azaltmalı.
Sutka ərzində 2-2,5 litr maye qəbul etməli.
Sidikqovucu urotea çayından içməli və bu məhsullardan çox istifadə etməli: ananas, şalğam, albalı, moruq, yunan qabağı, başinağacı, kələm, şabalıd, quşüzümü, moruq, manqo, yulaf, xiyar, şaftalı, gavalı, balqabaq, gilas və s.
Təzə sıxılmış ərik, şaftalı və üzüm şirələri içməli.
B1 vitamini ilə zəngin olan qidalar qəbul etməli (qaynadılmış kartof, banan, çərəzlər, lobya).
C vitamininə olan gündəlik tələbat 1 qramdan artıq olmamalı.
Yay mövsümündə çoxlu qarpız yeməli (günə 2-2,5 kq).
Rasiondan qatı bulyonları, şokoladı, kakao, mayonez, konservləşdirilmiş məhsulları, qızardılmış və kəskin ədviyyatlı qidaları çıxarmalı.
Spirtli içkilərdən istifadə etməməli.
Gün ərzində 2-3 qramdan artıq xörək duzu qəbul etməməli (o cümlədən hazır məhsulların və çörəyin tərkibindəki duz da daxil olmaqla).
Ağır fiziki işlərlə məşğul olmamalı, soyuqdan qaçmalı.

QORUNMA YOLLARI

Sistitdən qorunmaq üçün:
Sidiyi saxlamamaq.
Mümkün olduğu qədər tez tez sidik ifraz etmək, beləliklə sidik kisəsindəki bakteriyaları uzaqlaşdıra bilərsiz.
Cinsi əlaqədən onar 10 dəqiqə içində sidik ifraz etməyə çalışmaq.
Gün boyu bol su içilməsi (mümkünsə gündə 8 stəkan). Su, sidik kisəsində bakteriyaların tutulmasının qarşısını alır və bədəndən uzaqlaşmasını təmin edir.

Qəhvə, çay, alkoqol kimi içəcəklərdən mümkün olduğu qədər az istifadə etmək.

Genital bölgənizin uzun müddət nəm qalmamasına çalışmaq. Nəm bakteriyaların çoxalmasına şərait yaradır.
Hər gün mütləq iç geyiminizi dəyişin.
Vaginal ətir, sabunlardan az istifadə etmək.
Menopauza dövründə estrogenli kremlərdən istifadə etmək.
Xüsusilə yay aylarında hovuz sistitinə diqqət etmək lazımdır. Çirkli hovuzlardan istifadə etməmək lazımdır.

KİŞİLƏRDƏ SİSTİT

Sistit kişilərdə çox görülən xəstəlik sayılmaz. Sidik axarının uzun olması səbəbi ilə kişilərdə sisititin başqa səbəbləri var; sidik axarına təzyiq edən böyümüş prostat, sidik axarında şiş, daş, yad cisim və. s.

Əlamətləri
Sidik ifrazı zamanı ağrı hiss etmək.
Tez-tez və ya təcili sidik ifraz etmə hissi.
Bulanıq, pis iyli, qanlı sidik ifrazı.
Temperatur.

Modern.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.