Qızıl tamahkarların ölüm tələsi, səxavətli insanların sevinc payı olub. Azərbaycan məişətində də qızılın xüsusi çəkisi var. Toylu- büsatlı Azərbaycan cəmiyyətində oğul evləndirib, qız köçürəndə qızıl təm-tarağı ailənin xüsusi diqqət ayırdığı məqamlardandır. Bu gün ölkəmizdə qızıla verilən dəyəri və dəbi öyrənmək üçün Modern.az araşdırma apararaq, mütəxəssis rəyini öyrənib.
Mərkəzi Univermağın inzibatçısı Mikayıl İbrahimov əməkdaşımıza qızılın növləri barədə danışıb. Bildirib ki, hazırda Azərbaycan bazarında qızılın 4 növü də (ağ, sarı, qırmızı və yaşıl) satılır. Amma bunlardan hazırda dəbdə olanı ağ qızıldır. İtaliya (750 əyyar ) və Türkiyə (585 əyyar) qızıllarının həm keyfiyyəti, həm də populyarlığı alıcılar arasında daha yüksəkdir.
M.İbrahimov deyir ki, bazarda ərəb qızılı da var, 785 əyyarlı bu zinət əşyaları formaca qabaritli görünsə də, keyfiyyətcə zəif olur. Bu baxımdan ərəb qızılına təlabat çox zəifdir.
Bu arada qızılın bazar qiymətləri ilə də maraqlandıq. Məlum oldu ki, qızılın 1 qramının satış qiyməti 38-45 manat, alışı qiyməti isə 25-30 manat arasında dəyişir. Lakin zinət əşyalarının qiyməti onların çəkisi ilə bərabər dizaynından da asılıdır.
Bugünkü dəb haqqında danışan mütəxəssis qadınlar üçün ikili üzüklərin, sadə halqa və təkqaş, kişilər üçünsə sadə halqaların gündəmdə olduğunu bildirib. Qiymətlərə gəlincə 800 -1500 manat ortalama dəyər hesab edilə bilər.
Söhbətimiz əsnasında həmişə zinət əşyalarına əlavə gözəllik və dəyər verən qiymətli daşlardan da söz düşdü.
"Daşların tacı olan brilliant öz aktuallığını itirməyib, brilliantın karatına görə də qiyməti dəyişir. Bir zamanlar, dəqiq desək, 70-80-ci illərdə brilliantın tapılmayan vaxtları idi, sirkon əvəzləyici daşa çevrildi. Lakin günümüzdə həmişə olduğu kimi, brilliant qaşlarla bəzədilmiş zinət əşyalarına təlabat günbəgün artır".
Qızıl bazarındakı nəzarət barədə məlumat verən M.İbrahibov bu sahədə ciddi qayda qanunun olduğunu vurğulayıb:
"Xaricdən ölkəmizə gətirilən qızıl-zinət əşyalarına xüsusi nəzarət var, onlar müvafiq yoxlamadan keçərək əyyarına uyğun Azərbaycan probu vurulur. Bu mexanizm yerli zərgərlərimizin işlərinə də şamil edilir. Satışa çıxarılan zinət əşyası standartlara cavab verirsə, Əyyar Palatasında təsdiqlənir və proba uyğun gəlib-gəlmədiyi yoxlanılır".
Şəriətə görə İslamda kişinin qızıl taxması haramdır. Buna görə müsəlman ölkəsi olaraq Azərbaycanda da bu şəriət qanununa əməl edənlər var. Həmsöhbətimiz qeyd edib ki, belə hallarda gümüş üzüklər sifariş verilir, adətən brilliant qaşlarla bəzədilmiş bu tip üzüklər orta hesabla 400-500 manata başa gəlir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda qızılın dəbdə olanı
10 Noyabr 2012 16:37
0 Şərh
Baxış: 7 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Zeynal Bayramlıya yüksək vəzifə verildi - FOTO
-
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
-
Xudayar son nəfəsində bu sözləri YAZIB - “Bu da…”
-
Bu yolda sürət həddi endirildi
-
NİİM bunun üçün 4 milyondan çox pul xərcləyəcək
-
Prezident İlham Əliyevin tapşırığı ilə İrana növbəti humanitar yardım çatıb - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
2026-cı ildə Dünyada İlin Avtomobili bəlli oldu: Zirvədə bir Alman nəhəngi
-
Kərə yağı ilə qatıq mayalamaq olar?
-
İsrail İranda neft-kimya kompleksinə zərbə endirdi
-
Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır
-
Çiyələkləri yuduqdan sonra əsla soyuducuya qoymayın
-
30 ildən sonra bu bürc üçün nəhayət qızıl dövr başlayır
-
Qapıçı öz yerindən rəqib qapıya qol vurdu - VİDEO
-
"Hollivudun ən yaxşı öpüşən kişisi odur" - FOTO
-
“Real” son dəqiqə qolu ilə məğlub oldu
-
Zeynal Bayramlıya yüksək vəzifə verildi - FOTO
-
Qəhvəsinə bir qaşıq əlavə edib içənlər təsirinə inana bilmir
-
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
-
"Nəvələrimin hesabına izləyicilərim çoxalır"
-
Türkiyə Ukrayna-Rusiya danışıqlarını dəstəkləyəcək
-
Soyuducuya bir qab duz qoyun və gözləyin: Nəticəni görəndə təəccüblənəcəksiniz
-
Dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb - YENİLƏNİB
-
41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO
-
ABŞ Qasım Süleymaninin qardaşı qızı və nəvəsini həbs edib
-
Anasının sözlərindən sonra səhifəsini bağladı - FOTO
-
Tramp: İranın 48 saat vaxtı qalıb
-
Türkiyəli aktrisa Bakıda yol hərəkət qaydasını pozdu
-
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
-
“Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açılacaq
-
Bu futbolçu “Qarabağ”ın heyətində 40-cı qolunu vurdu





