Təbii ki, boşanmalardan həm mənəvi həm də maddi zərər çəkən əsas tərəf uşaqlar olur. Onlar mənəvi travmalar almaqla yanaşı, atanın anaya olan pis münasibəti səbəbdən maddi sıxıntılar çəkməyə məcbur olurlar.
Belə ki, valideynlər müxtəlif bəhanələr gətirməklə alimentlərdən yayınırlar. Çox zaman isə gəlirlərin əsas hisəsi gizlədilir və minimum məbləğ məhkəməyə təqdim edilir. Belə olan halda uşaqla tək qalmış ana bunu sübut etməkdə çətinlik çəkir .
Bəs qanun nə deyir?
Hüquqşünas Əliməmməd Nuriyev alimentin verilməsinin qaydasını belə izah edib:
"Bir uşağa görə valideyn qazancının 25%, iki uşağa görə qazancının 33%, uşaqların sayı 3-və daha çox olarsa, qazancının 50%-ni aliment verməlidir. Amma burada söhbət təkcə əmək haqqından getmir, bütövlükdə gəlirlərindən, ümumi qazancından gedir. Ola bilsin ki, hətta uşaq xəstələnibsə, burada alimentdən əlavə xərclər də tutula bilər. Azərbaycan məhkəməsinin praktikasında belə hallar olub. Alimentin məbləğinin nə qədər olması ilə bağlı məsələyə gəldikdə isə, bir qayda olaraq burada hər il uşaqlara, əlilliyə, yetkinlik yaşında olanlara görə minimal yaşayış üçün minimum hədd var. Bu il uşaqlar üçün 87 manat təyin edilib. Bir qayda olaraq Bakı şəhər məhkəmələrində bu məbləğə istinad edərkən alimentin bu məbləğə uyğun olaraq hesablanma prosesi ola bilir. Çünki bu zaman ola bilsin ki, valideyinin hansısa bir sabit gəliri yoxdur".
Hüquqşunas bildirib ki, kənd yerlərində alimentin məbləği elə də böyük olmur.
"Şəhərlə rayon yerində alimentin məbləğində fərqlər olur. Aliment üçün konkret sabit bir məbləğ yoxdur. Bu gəlirlərdən, yaşayış miniumumdan asılı olan bir məbləğdir. Sabit məbləğin müəyyənləşdirilməsində bu cür hesablanmalar apaırıla bilər. Eyni zamanda onu da deyim ki, natura formasında da aliment alına bilər. Digər tərəfdən əgər aliment ödənilmirsə, məhkəmənin qərarına əhəmiyyət verilmirsə və ya gecikirsə, onda həmin şəxsin axtarılması və alimentdən yayınma ilə bağlı cinayət məsuliyyəti də Azərbaycan qaununvericiliyi ilə nəzərdə tutulub. Doğrudur, praktikada çox zaman valideynlər müxtəlif formada alimentdən yayınmağa çalışırlar. Bu gün gizli məşğulluğun olmasını nəzərə alsaq, kişilər faktiki olaraq bu və ya digər ticarət obyektini qeydiyyatdan keçmədiklərinə görə bu gəlirlər görünmür".
Ə.Nuriyev eyni zamanda uşaq evlərində olanların da aliment alma imkanlarının olduğunu vurğulayıb.
"Bəzən uşaqların yaşayış yeri yoxdur, valideyin himayəsindən məhrumdur. Onda belə olan halda valideynin gəlirlərindən tutaraq alimentin məbləği uşaq evlərinə göndərilir. Və həmin uşaq evlərində uşaqların adına hesab açılır, aliment həmin hesaba daxil olur. Daxil olan məbləğin 50%-ə qədəri isə həm də banka qoyulur. Oradan gələn gəlirin yalnız 50%-i uşaq üçün xərclənə bilər. Çünki valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət nəzarətindədir. Qalan hissə uşağın adına yığılır, böyüdükdə isə yığılan məbləğlə bağlı o sərbəst sürətdə sərəncam vermək huququna malikdir".
Ə.Nuriyev deyir ki, bir qayda olaraq gəlirlərin gizlədilməsi olan halda ana atanı məhkəməyə verib əlavə gizlədilən gəlirin alimentini ala bilər. Çünki qanunivericilikdə yazılıb ki, valideyn bütün gəlirlərindən aliment verməlidir.
Ədliyyə Nazirliyi Məhkəmələrin İcrası Baş İdarəsinin rəisi Xanlar Zeynalov bildirib ki, şəxsin iş yerinin, əlavə gəlirlərinin olmaması məhkəmə qərarlarının icrasında problemlər yaradır.
"İnzibati tədbirlər müsbət nəticə vermədiyi halda, həmin şəxslər barəsində cinayət işi başlanır. Hətta ötən ilin birinci yarısında alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etməkdən qəsdən boyun qaçıran 72 şəxs barəsində cinayət işi başlanıb, istintaq aparılıb".
Rusiya variantı köməyə gəlir
Millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə Rusiyada istifadə olunan üsulu müsbət qiymətləndirir.
"Rusiya bunun yolunu tapıb. Belə ki, Rusiya insanların əmlakına şərt qoyur. Dövlət onun əmlakını götürür, müqabilində isə onun pulunu aliment alana verir. Yəni onun əmlakına yönəldir. Biz də istəyirik ki, buna bənzər bir şey edək. Azərbaycanda alimentdən yayınan çoxdur və bu da Azərbaycan üçün xarakterik bir məsələdir", - deyə millət vəkili qeyd edib.
Dövlətə yeni təşəbbüs
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyətinin sədri Novella Cəfəroğlu isə məsələnin həlli üçün yeni təşəbbüs irəli sürdüklərini deyib.
"Biz hökumətə belə bir təşəbbüslə müraciət etmişik ki, alimentlərin hamısını dövlət öz üzərinə götürsün və sonra kişiləri işlə təmin etsin, həmin məbləği ondan geri alsın və s. Biz istəyərdik ki, belə bir qanun qəbul olunsun. Çünki çox adam 10, 15 manat verir, o biri işləri gizlədir. Amma halbuki, kənarda 1000-2000 manat pul alır. Ona görə də biz təşəbbüsdə bulunuruq ki, hökumət uşağın 18 yaşına qədər yaşaması üçün lazım olan məbləğdə aliment versin, amma sonra kişidən özü pulu alsın. Axı dövlət pulu kişilərdən daha tez ala bilər. Kişilər aliment ödəməkdən yayınırlar. Amma dövlət ona iş verəcək ki, get işlə bu alimentin məbləğini dövlətə qaytar.
Din də bu məsələdə ana və uşaqların tərəfindədir
İlahiyyatçı Elşad Miri bildirir ki, valideynlər ayrılan zaman atanın ananı və uşaqları maddi baxımdan təmin etməsi məcburidir: "Boşanarkən kişi qadını qida, geyim, qalacaq evlə təmin etməli, həm də onlara aylıq vəsait ödəməlidir. Əvəllər insanların nə qədər aliment verəcəyi göstərilmirdi. Çünki əvvəllər maaş yox idi. Biri əkinçiliklə, biri ticarətlə dolanırdı . Yəni gündəlik yeməyi, tələbatı nə qədərdisə, o qədər doyurmalıdır".
Göründüyü kimi boşanmaq heç də valideynləri övladları qarşısında olan məsuliyyətindən azad etmir.
Modern.az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda aliment ödəməyənlərin nəzərinə - ARAŞDIRMA
22 Oktyabr 2012 19:03
2 Şərh
Baxış: 58 849

DİGƏR XƏBƏRLƏR
-
Yayda Azərbaycanda münasib büdcə ilə harada dincələ bilərik?
-
Günün qoroskopu: Qorxma, çünki hər yeni gün yeni bir nəfəsdir
-
Zaurun efirində gərgin anlar: Ər-arvad qırğına çıxdılar - VİDEO
-
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
-
Boşanma zamanı kredit borclarını kim ödəməlidir? - Vəkil AÇIQLADI
-
“Sadəcə QR oxuduram və qatara minirəm” - YENİLİK
XƏBƏR LENTİ
-
Hibrid müharibələrin kölgəsində sülh: xaosu kim idarə edir?
-
Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur
-
Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub
-
Xalq artistinin dəbdəbəli bağ evindən VİDEO yayıldı
-
Bakıda küçələrdə "kahinlər" peyda olub - İnsanları terapiya edirlər - VİDEO
-
Türkiyənin bu təklifi erməniləri dəli elədi
-
Su Təchizatı Xidmətinin nümayəndələri ilə Səbail sakinlərinin görüşü keçirilib - FOTO
-
Bu əlamətləri nəzərə almadı, 15 ay sonra bağırsaq xərçəngindən öldü
-
Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”
-
İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Türkiyədəki yanğınlarda 2 nəfər öldü - FOTOlar
-
Süni intellekt sayəsində hamilə qaldı
-
Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi
-
Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”
-
Jotadan sonra daha bir futbolçu qəza törətdi, bacısı öldü - FOTO
-
Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO
-
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ
-
Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO
-
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib - FOTO
-
Bakı Asiyanı Avropa ilə birləşdirir
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Professorun oğlu faciəli şəkildə öldü - FOTO