Cəmiyyət

Azərbaycanda korlanmış pulu necə dəyişmək olar?

16 Oktyabr 2012 11:31
1 Şərh     Baxış: 21 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, məktubda korlanmış əskinasların dəyişdirilməsi məsələsinə toxunulub.

"Mən Gəncədə yaşayıram. Məndə 10-20 manatlıq nominallı pullar var idi. Həmin pullar ortadan cırılmış, skoç ilə yapışdırılmışdı. Seriya nömrələri yerində idi. Bir neçə dəfə banklarda və mağazalarda həmin pulu dəyişməyə cəhd etdim. Mənə məsləhət gördülər ki, Mərkəzi Bankın yerli şöbəsinə müraciət edim. Lakin orada da bu əskinasları dəyişmədilər. Gəncə şəhərində bu əskinasları dəyişmək üçün haraya müraciət etmək lazımdır? Hansı korlanmış pulları dəyişmək mümkündür?" - məktubda qeyd olunub.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Mərkəzi Bankla əlaqə saxlayıb. Bankdan bildiriblər ki, korlanmış pulların dəyişdirilməsi üçün vətəndaşlar iş günlərində saat 10-dan 11-ə qədər Mərkəzi Bankın inzibati binasında saxlama departamentinin kassasına müraciət edə bilərlər. Mərkəzi Bank haqqında qanunun 40-cı maddəsinə əsasən, Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir. Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni  əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.